Maraqlı

Bu gün Azərbaycan kinosu günüdür

2 avqust / 10:47 1 dəq
Kino günü
2 avqust / 10:47
Burada sizin reklamınız ola bilər

Bu gün Azərbaycan kinosunun yaranmasının 127-ci ildönümüdür.

Prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü elan edilib.

Azərbaycan kinosunun tarixi XIX əsrin sonlarına gedib çıxır. 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi.

Həmin gün milli kinonun yaranma günü hesab olunur.

 

Paylaş
Burada sizin reklamınız ola bilər