Xəbər

Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19 iyul / 16:17 1 dəq
33a99059 eabd 3c84 aaef 76be41cf692b 850
19 iyul / 16:17
Burada sizin reklamınız ola bilər

Bu gün “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır.

Qerbxeber.com “Report”a istiandən xəbər verir ki, iyun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir.

Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

Açılış mərasimindən sonra Forum işini sessiyalarla davam etdirəcək.

Forum çərçivəsində iştirakçıların Ağdam rayonuna və Laçın şəhərinə səfərləri də nəzərdə tutulur.

Paylaş
Burada sizin reklamınız ola bilər