Dünya

Britaniya öz təbəələrini Livana səfərdən çəkinməyə çağırıb

19 oktyabr / 09:30 1 dəq
3676eb4e 5508 3394 85ad f3eadc3abada
19 oktyabr / 09:30
Burada sizin reklamınız ola bilər

Böyük Britaniya öz təbəələrini Yaxın Şərqdə gərginliyin artması fonunda Livana istənilən səfərlərdən çəkinməyə çağırıb.

“Qərb Xəbər” bildirir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi bildiriş yayıb.

Xarici siyasət idarəsi həmçinin Livandakı britaniyalılara hələ ki “kommersiya marşrutları mövcud olduqca” ərazini mümkün qədər tez tərk etməyi tövsiyə edir.

“Kütləvi iğtişaşlar riski də var. Oktyabrın 17-də ölkədə ABŞ və Fransa səfirlikləri də daxil olmaqla, səfirliklərdə genişmiqyaslı etiraz aksiyaları keçirilib”, – XİN vurğulayıb.

Nazirlik bildirib ki, Livanda çalışan britaniyalı diplomatların ailələri təhlükəsizlik məqsədilə müvəqqəti olaraq Böyük Britaniyaya qayıdıblar. Qeyd olunub ki, səfirlik öz işini, o cümlədən britaniyalılara konsulluq xidmətləri göstərməkdə davam edir.

Paylaş
Burada sizin reklamınız ola bilər