Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Qərb Xəbər TV

Böyük sürpriz gəlir: Hakimiyyət hamını heyrətləndirəcək

24 oktyabr / 16:38 3 dəq
Resize (1)
24 oktyabr / 16:38
Burada sizin reklamınız ola bilər

Azərbaycanda yeni mərhələ başlayıb. Heç nə əvvəlki kimi olmayacaq. 

“Qərb Xəbər” məlumat verir ki, bu sözləri əməkdar jurnalist Azər Ayxan Globalinfo.az-da dərc olunan geniş məqaləsində bildirib.

Onun fikrincə, oktyabrın 15-dən (Xankəndidə Bayrağımızın ucalmasından – red.) sonra ölkəmiz yeni mərhələyə keçib:

“2024-cü il islahatlarla, dəyişikliklərlə zəngin olacaq. Qarabağ məsələsinin həllindən sonra ölkədə radikal islahatların aparılacağı qaçılmazdır”.

A.Ayxan parlament seçkilərinin 2025-ci ilə qalmayacağı, 6 ay irəli çəkiləcəyi və 2024-cü ilin payızında keçiriləcəyi barədə qeyri-rəsmi yayılan fikirlərə də toxunub.

Xatırladaq ki, son parlament seçkiləri 2020-ci ilin fevralında keçirilib və qanuna görə, yeni seçkilər 2024-cü ilin noyabr ayında olmalıdır.

“Proseslərin sürətlənməsi, inkişaf trayektoriyası bu gözləntilərin (seçkilərin irəli çəkilməsi – red.) reallıq dərəcəsini artırır”, – o bildirib.

Müəllif ehtimal kimi aşağıdakıları qeyd edib:

1. 2025-ci ildə prezident seçkisinin vaxtıdır. İki seçkini eyni ildə, eyni vaxtda keçirmək məqsədəuyğun sayılmır;

2. Dövlət yeni dönəmə adekvat parlament formalaşdırmaq istəyə bilər (hökumət “yanmış kadrlar”dan qurtulmağa çalışır);

3. Bu, həm də sosial sifarişdir.

Millət vəkili Zahid Orucun “Dördüncü respublika” ideyası boşuna gündəmə gətirilmədiyini bildirən A.Ayxan bu ideyaya “ən davakar, ən cığal və ən xaotik reaksiyanı” verənin “bəlli klanın” nümayəndəsi olduğuna da diqqət çəkib.

Yazıda o şəxsin adı çəkilməsə də, söhbətin kimdən getdiyini təxmin etmək mümkündür. Belə ki, Zahid Orucun “Dördüncü respublika” ifadəsinə qarşı kəskin çıxış edən şəxs millət vəkili Siyavuş Novruzovdur.

Əməkdar jurnalist qeyd edib ki, ciddi islahatların məhkəmə sistemində də olacağı gözlənilir, İnam Kərimovun Ali Məhkəmə sədri seçilməsinin də məqsədi budur.

“Şərti olaraq “dördüncü hakimiyyət” kimi dəyərləndirilən medianın da bu islahatlar fonunda yenilənəcəyi qaçılmazdır. Media həm daxili ictimai rəyin yaranmasında, dövlətin siyasətinin ictimaiyyətə çatdırılmasında, həm də bütövlükdə ölkənin informasiya sərhədlərinin qorunmasında vacib rola malikdir.

Beləliklə, yeni mərhələnin ilk dövrünü yaşayırıq”, – müəllif yekunlaşdırıb.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı