Kateqoriyasız

Baş prokuror Kamran Əliyev sabah Gürcüstana səfər edəcək

15 oktyabr / 00:26 1 dəq
Yenigundem 05a4e65e908ebe3cfbdc936a1a955046 qelpt1jn2yik5ac7shzr 620x460
15 oktyabr / 00:26
Burada sizin reklamınız ola bilər

Azərbaycan Baş prokuroru Kamran Əliyev sabah 15 oktyabr tarixində Gürcüstana səfər edəcək.

“Qərb Xəbər”in məlumatına görə, o, səfər çərçivəsində gürcü həmkarı İrakli Şotadze ilə görüşəcək.

Tərəflər Azərbaycan və Gürcüstan arasında prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Səfər zamanı baş prokurorun Gürcüstanın digər rəsmi şəxsləri ilə də görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, hazırda baş prokuror Kamran Əliyev və digər rəsmi şəxslər Qazaxa gəlib.

Paylaş
Burada sizin reklamınız ola bilər