İdman

“Barselona” İspaniya çempionatında birinci pilləyə yüksəlib

29 sentyabr / 02:12 1 dəq
68c73314caafd68c73314caafe175788520468c73314caafb68c73314caafc
29 sentyabr / 02:12
Burada sizin reklamınız ola bilər

“Barselona” İspaniya çempionatının VII turunda evdə “Real Sociedad”ı 2:1 hesabı ilə məğlub edib.

Qerbxeber.com-un məlumatına görə, qaliblərin heyətində qolları Jül Kunde (43) və Robert Levandovski (59) vurublar. “Real Sociedad”ın heyətində isə Alvaro Odriosola (31) fərqlənib.

“Barselona” qələbə sayəsində İspaniya çempionatının turnir cədvəlinə liderlik edir. 19 xala malik Hans-Diter Flikin yetirmələri ikinci yerdəki “Real”ı (18 xal) qabaqlayır. “Real Sociedad” 5 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Növbəti turda “Barselona” oktyabrın 5-də səfərdə “Sevilya” ilə qarşılaşacaq, “Real Sociedad” isə həmin gün “Rayo Valyekano”nu qəbul edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər