Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

Bakı niyə “bütün körpüləri yandırmaq” mesajı verdi?- Asif Nərimanlı

27 yanvar / 16:53 2 dəq
Asif nerimanlı
27 yanvar / 16:53
Burada sizin reklamınız ola bilər
AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmasından sonra Bakının Avropa Şurasından çıxmaq və Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina etmək haqda düşündüyü gündəmə gəlib. Mövcud vəziyyətdə Bakı AŞPA-nın ədalətsizliyinə qarşı Avropaya ata biləcəyi addımlar haqda mesaj verir. Lakin bu baş verərsə, radikal gediş olacaq və əsas sual da Azərbaycanın niyə bu qədər kəskin mövqe sərgiləməsidir.
Məsələnin Avropanın insan haqları, demokratik prinsiplərlə bağlı istəklərindən qaynaqlandığını demək diletanlıq olar. Çünki rəsmi Bakı eyni məsələ ilə illərdir üz-üzə qalıb və AŞPA da illərlə eyni məsələləri gündəmə gətirib, amma buna görə Azərbaycana qarşı hansısa addım atılmayıb, yaxud rəsmi Bakı bu qədər kəskin mövqe sərgiləməyib.
İndi baş verənlərin arxasında Avropa, yaxud hansısa dəyərlərin qorunub-qorunmaması yox, Cənubi Qafqazdakı geosiyasi mübarizə dayanır. Konkretləşdirsək: Azərbaycandan Ermənistanın maraqlarının nəzərə almağını, Zəngəzur dəhlizini – Naxçıvana maneəsiz keçid ideyasını unutmağını, delimitasiyanı və sülh sazişini İrəvanın gündəliyinə uyğun qəbul etməsini istəyirlər;
Və baş verənləri insan haqlarına, demokratiyaya bağlayan Azərbaycandakıların əksinə, Avropada bunu gizlətmirlər də. AŞPA Laçın yoluna buraxılmamasını, “Qarabağ ermənilərinin qorunmasını” açıq şəkildə qeyd edir.
Bakının “bütün körpüləri yandırmaq” mesajı da Avropanın nə istədiyini bilməsindən qaynaqlanır. Bütün bunların Azərbaycan üçün sərfəli olmadığı aydındır, amma tərəzinin bir gözündə də Ermənistanın maraqları var və rəsmi Bakı anlayır ki, “qırmızı xətti”ndən geri çəkilsə, Azərbaycana rəhm etməyəcəklər, təcrübə ilə ispat olunub.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı