Azərbaycanın Baş naziri Gürcüstana gedib
Dekabrın 15-də Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın paytaxtı Tbilisiyə rəsmi səfərə gedib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, səfər Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə baş tutub.




