Hadisə

Azərbaycanda keçirilməsi planlaşdırılan Rusiya mədəniyyət günləri ləğv edildi

29 iyun / 12:46 2 dəq
Azer rus flaq
29 iyun / 12:46
Burada sizin reklamınız ola bilər

Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir.

Bu barədər  Mədəniyyət Nazirliyi məlumat yayıb .

“Rusiya Federasiyasının Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir”, – məlumatda qeyd olunub.

Bildirilib ki, bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn platformalarına müraciət edə bilərlər.

Paylaş
Burada sizin reklamınız ola bilər