Hadisə

Azərbaycan qazı sabahdan etibarən Suriyaya ixrac olunacaq

1 avqust / 16:26 1 dəq
Qaz boru xetti
1 avqust / 16:26
Burada sizin reklamınız ola bilər

Avqustun 2-də Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçərək Suriyaya ixracına başlanılacaq.

Qerbxeber.com xəbər verir ki, bu münasibətilə Türkiyənin Kilis şəhərində rəsmi tədbir keçiriləcək.

Yeni ixrac marşrutu Azərbaycan ilə Suriya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın Yaxın Şərq regionundakı fəaliyyətinin intensivləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Layihə həmçinin Azərbaycanın enerji ixracı üzrə coğrafi şaxələndirmə siyasətinin növbəti uğurlu nəticəsi kimi qiymətləndirilir.

Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək

Xatırladaq ki, bu ilin iyul ayında Suriya Prezidenti Əhməd Əl Şaraa Azərbaycana rəsmi səfər edib. Bundan əvvəl isə Antalya Diplomatiya Forumu çərçivəsində Prezident İlham Əliyevlə görüş keçirilib. Görüşlər zamanı Azərbaycan tərəfi Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına və bərpa-quruculuq proseslərinə töhfə verməyə hazır olduğunu bəyan edib.

Paylaş
Burada sizin reklamınız ola bilər