Kateqoriyasız

Zelenski: “Müharibəyə yalnız Putinlə birbaşa danışıqlar son qoya bilər”

10 mart / 12:43 1 dəq
Zelenski
10 mart / 12:43
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski əmindir ki, müharibəyə yalnız Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar son qoya bilər.

 

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Zelenski bildirib ki, yalnız Rusiya prezidenti ilə birbaşa və qarşlıqlı kompromisə söykənən dialoqla müharibəni dayandırmaq olar.

“Bütün danışıqlarda məqsədim müharibənin başa çatmasıdır. Mən də müvafiq addımlar ata bilərəm. Kompromis mümkündür, lakin bu, mənim ölkəmə xəyanət olmamalıdır. Mən hələ detalları açıqlaya bilmərəm. Çünki Rusiya prezidenti ilə birbaşa təmasım yoxdur. Yalnız 2 prezidentin birbaşa danışıqları müharibəyə son qoya bilər”, – deyə Zelenski vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər