Hadisə

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılan atəş nəticəsində ölüb

11 mart / 09:00 1 dəq
88601db7 33b3 31cc a0e1 2fd453c8d6d7
11 mart / 09:00
Burada sizin reklamınız ola bilər

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

“Qərb Xəbər”ə  bu barədə Hərbi prokurorluqdan bildirilib.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər