Hadisə

Azərbaycan Ordusunun əsgəri intihar edib

6 iyul / 17:37 1 dəq
1604484268427 xmnBl9rv
6 iyul / 17:37
Burada sizin reklamınız ola bilər

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib.

Bu barədə”Qərb Xəbər”ə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 5-i saat 17 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tağıyev Rəvan Zeynalabdin oğlunun ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər