Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İdman

Azərbaycan Kubokunun 2025/2026 mövsümünün formatı açıqlanıb

21 avqust / 18:18 2 dəq
6ba9d168 15d9 35a5 8791 962de60a3f65 850
21 avqust / 18:18
Burada sizin reklamınız ola bilər

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026 mövsümünün formatı açıqlanıb.

Bu barədə  Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

PFL rəsmisi turnirdəki əsas dəyişikliyin final matçı ilə bağlı olduğunu xatırladıb:

“PFL olaraq digər ölkələrin də təcrübəsini nəzərə alaraq final qarşılaşmasının daha tez tarixdə – mayın 13-də keçirilməsinə qərar verdik. Bütün liqalarda iştirak edən komandalar kubok yarışlarına qatılacaqlar”.

S.Abdullayev II Liqa təmsilçilərinin Azərbaycan Kubokunda mövsümə erkən mərhələdən start verəcəklərini söyləyib:

“Ardından qaliblərə 1-ci Liqa komandaları və Premyer Liqanı ötən mövsüm aşağı pillələrdə başa vurmuş komandalar qoşulacaq. Sonrakı mərhələdə isə Premyer Liqanı üst pillələrdə bitirmiş komandaları da mübarizədə görəcəyik. Ötən mövsümün qalibi “Sabah” püşkatma zamanı 1-ci səbətdə yer alacaq. Komandalar Premyer Liqa şərtləri əsasında mübarizə apacaqlar. Yəni məsələn, 1-ci Liqa komandaları heyətlərindəki legionerlərin hamısının xidmətindən əsas heyətdə yararlana biləcəklər”.

Qeyd edək ki, ötən mövsümün finalında “Sabah” əsas vaxtı heç-heçə (2:2) yekunlaşan matçın əlavə vaxtında “Qarabağ”ı 3:2 hesabı ilə üstələyib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı