Sosial

Azərbaycan Hərbçiləri Pakistandakı hərbi parada qatılacaqlar

22 mart / 14:51 1 dəq
APAF1820
22 mart / 14:51
Burada sizin reklamınız ola bilər

Sabah Pakistanın milli bayramı münasibətilə hərbi parad keçiriləcək.

Qərb Xəbər “Modern.az”-a istinadən xəbər verir ki, Pakıstanın hökumət radiosunun yaydığı məlumata görə, Azərbaycan Ordusunun bölmələri də həmin parada qatılacaqlar.

Xəbərdə deyilir ki, Baş nazir İmran Xan dünən bu ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib. Baş nazir deyib ki, o, Pakistan ilə Azərbaycan arasında qardaş münasibətlərinin daha da dərinləşməsini arzulayır. Bu baxımdan ticarət və turizm sahəsində böyük imkanların olduğunu vurğulayıb.

Baş nazir Kəşmir məsələsində Azərbaycanın Pakistana verdiyi dəstəklə bağlı minnətdarlığını bildirib.

Zakir Həsənov İmran Xana Prezident İlham Əliyevin salamlarını çatdırıb.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Pakistan açıq şəkildə Azərbaycana dəstək verib.

qerbxeber.com

 

Paylaş
Burada sizin reklamınız ola bilər