Tovuzda 21 yaşlı qadın doğuşdan bir gün sonra xəstəxanada ölüb
Tovuz rayonunda gənc qadın doğuşdan sonra xəstəxanada ölüb.
“Qərb Xəbər”in məlumatına görə, iyunun 14-də rayon sakini, 2002-ci il təvəllüdlü Aygün Nəcəfova doğuş üçün Tovuz Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.
Qadın oğlan uşağı dünyaya gətirib. Doğuşdan 1 gün sonra isə A.Nəcəfova xəstəxanada vəfat edib.
Onun dünyaya gətirdiyi uşağın sağlıq durumu normaldır.
Hazırda qadının ölüm səbəbi isə araşdırılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı