Bölgə xəbərləri

Sabah bir neçə rayonun qaz təchizatında fasilə yaranacaq

30 avqust / 11:19 2 dəq
Qaz problemi
30 avqust / 11:19
Burada sizin reklamınız ola bilər

Sabah bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İB-dən”Qərb Xəbər” ə  verilən məlumata görə, saat 08:00-dan “Kürdəmir” ölçü qovşağından qidalanan qaz kəmərinin və saat 10:00-dan “Türkan-1” QPS-dən Türkan qəsəbəsinə gedən orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması, saat 10:00-dan Yasamal rayonu Ü.Əkbərov və D.Bünyadzadə küçələrinin kəsişməsində istismarı dayandırılmış qaz xəttinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan “Ucar” QPS-in ərazisində yeni siyirtmələrin və saat 10:00-dan “Tovuz” QPS-in qol qaz kəməri üzərində 200 mm-lik siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

 

Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Türkan qəsəbəsinin, Yasamal rayonunun Ü.Əkbərov və D.Bünyadzadə küçələrinin, Yeni Yasamal massivinin (tam olaraq) və 2-ci Alatava yaşayış massivinin (bir hissəsinin), Kürdəmir rayonunun (bir hissəsinin), Ucar, Ağstafa və Tovuz rayonlarının (tam olaraq) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı