Şəmkirin Şiştəpə kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər”in məlumatına görə, “Hyundai” markalı avtomobil yolu qarşı tərəfə keçən 58 yaşlı Gülçöhrə Hüseynovanı vurub.
Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.