Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

“Qəbələ”nin prezidenti: “Klubun taleyi ilə bağlı tezliklə açıqlama veriləcək”

1 may / 19:46 2 dəq
1 may / 19:46
Burada sizin reklamınız ola bilər

“Oyunun ağır keçəcəyini gözləyirdik. Belə də oldu”.

Məlumatına görə, bu fikirləri “Qəbələ”nin prezidenti Fariz Nəcəfov səfərdə “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

Klubun yeni rəhbəri səfər qolu sayəsində finala adlayan kollektivi təbrik edib.

O, əvvəllər 3 dəfə həlledici qarşılaşmayadək irəliləmələrinə rəğmən son nöqtəni qoya bilmədiklərini xatırladıb.

Nəcəfov mayın 19-da Naxçıvanda keçiriləcək final matçında daha yaxşı oyun sərgiləyərək, qələbə qazanacaqlarına ümid etdiyini söyləyib.

“Qəbələ” rəsmisi komandaya hər zaman sonadək inandığını vurğulayıb: “Bu gün 0:2 hesabı ilə geridə olduğumuz vaxt da qol vuracağımıza inanırdım. Ümumiyyətlə, udsaq da, uduzsaq da, komandamıza inamım böyük olub. İnanmasaydım, işimi davam etdirməyin mənası olmazdı. Finalda bizə kimin rəqib olmasının isə fərqi yoxdur”.

“Artıq qərar verilib. Finalın Naxçıvanda keçirilməsi ilə bağlı nə isə danışsam, yanlış olar” deyən Nəcəfovun sözlərinə görə, klubların bu barədə fikirləri əvvəlcədən soruşulmayıb: “Görüşün harada keçirilməsindən asılı olmayaraq, gərək maksimum hazırlıqlı olaq”.

“Qəbələ”nin prezidenti gələn mövsüm klubun büdcəsinin azaldılacağına dair iddialara isə belə reaksiya verib: “Bu barədə hələ heç nə danışa bilmirəm. Çünki kubok və ya çempionatdakı nəticəmizin qərarımıza təsiri yəqin ki, olmayacaq. Əvvəlcədən planlaşdırdığımız qaydada davam edirik. Klubun gələcək taleyi ilə bağlı isə yaxın günlərdə açıqlama veriləcək”.

Qeyd edək ki, “Qəbələ” “Qarabağ”ı ilk yarımfinal matçında 1:0 hesablı məğlubiyyətə uğradıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı