İqtisadiyyat

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı

4 iyun / 15:28 1 dəq
8d798ac5 5709 4dbb 9e02 8768215a2fa5
4 iyun / 15:28
Burada sizin reklamınız ola bilər

Ötən ay Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 99 073 nəfər təşkil edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 436nəfər və ya 0,4% artıb.

May ayında Azərbaycan Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin sayı baxımından Rusiyadan (113 138 nəfər) sonra ikinci yeri tutub.

Bu ilin yanvar-may aylarında isə Azərbaycandan Gürcüstana 497 937 nəfər səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 12 204 nəfər, yaxud 2,5%çoxdur.

2019-cu ilin ilk beş ayı ərzində Gürcüstana ən çox səfər edən əcnəbilər arasında Azərbaycan vətəndaşları ikinci yeri tutub. Birinci yerdə 539 432 nəfərlə Rusiya qərarlaşıb.

Paylaş
Burada sizin reklamınız ola bilər