Şamaxı Astrofizika Rəsədxanasının Ramazan bayramının hansı gün qeyd olunması ilə bağlı ənənəvi suallara aydınlıq gətirib.
Şamaxı Astrofizika Rəsədxanası elmi əsaslarla bildirir ki, Ay bu gecə görünəcək.
Rəsədxanasının direktor müavini Xıdır Mikayılov açıqlamasında deyib ki, iyunun 3-də Cənubi Qafqazda Ay görünməyib: “Ay bu axşam görünəcək”.
Ayın görünməsinin əvvəlcədən proqnozlaşdırılması məsələsinə gəlincə, isə X.Mikayılov bunun mümkünlüyünü təsdiqləyib:
“Xüsusi proqnozlaşdırmalarla hələ 3-5 min il sonra üçün də dəqiq proqnoz verə bilirik. Ona görə də əminliklə deyirəm ki, Ay bu axşam görünəcək. Axşam Günəş batdıqdan (saat 20:06-da batır) 1 saat 2 dəqiqə sonra da Ay batır (21:04-də). İyunun 4-ü axşam saat 21:20-21:30 radələrində Qərb tərəfdən üfüqə (üfüq açıq olmalıdır) baxsanız, özünüz də yeni Ayı görəcəksiniz”.
Direktor müavini bu axşam Ayın adi gözlə müşahidə ediləcəyini vurğulayıb:
“Bəzən Günəş batandan yarım saat sonra Ay da batır. O anda Ayı adi gözlə görmək çox çətin olur. Bu məqamda Ayı görmək üçün professional olmalısınız. Amma teleskoplarla rahat görünür. Bu axşam isə vətəndaşlar yeni doğulmuş Ayı adi gözlə görə biləcəklər. Mən hər birinizi əmin edirəm. Heç bir fikir ayrılığından söhbət gedə bilməz”.-deyə Xıdır Mikayılov bildirib.
Qeyd edək ki, bu münasibətlə iyunun 5-i saat 08:00-da Azərbaycanın bir çox məscidlərində və eləcədə Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.