Müğənni Kəmalə Qaramollayeva açıqlaması ilə hər kəsi təəccübləndirib.
“Qərb Xəbər” xəbər verir ki, “Söz baz” verilişinə dəvət olunan sənətçi ona maddi dəstək olan vəzifəli şəxsdən danışıb. Qaramollayeva həmin insanın ona bahalı ev və maşın da hədiyyə etdiyini bildirib:
“Bu haqda heç bir yerdə danışmamışam. Amma düşünürəm ki, artıq vaxtıdır. Bu haqda açıqlama verməliyəm. Bir adam var idi. O, mənimlə çox görüşmək istəyirdi. Bilirsiniz də, xanımlara bir çox təkliflər olur.
O, çox təkid edirdi. Dedim ona bildirin ki, mən təmiz insanam. O, mənə yardım etmək istəyirdi. Mən onun yardımından imtina etdim. Həmin insan çox təəccübləndi. Deyib ki, mən bunu araşdıracam, əgər Kəmalə düz yolun yolçusudursa, mən ona bu yardımları təmənnasız edəcəm. O, çox hörmətli, vəzifəli şəxsdir və məni çox sevirdi. Mənə maşın, ev aldı.”