Azərbaycanda çörəyin qiymətində və çəkisində dəyişiklik olacaq.
Qerbxeber.com Globalinfo.az istinadən xəbər verir ki, bu barədə paytaxtdakı bəzi mağazalara bildirilib.
Məsələ ilə bağlı “Nur çörəyi” zavodu ilə əlaqə saxladıq.
Zavoddan bildirdilər ki, çörəyin çəkisi artdığı üçün qiymətində də artım olacaq:
“Çəki az olanda çörək tez quruyur. Ona görə də çəkisini artırmağa məcburuq. Çəkini artırırıqsa, avtomatik qiymətə təsir edir. Bazarda qiymət çəkiyə görə tənzimlənir. Ona görə də fevralın 1-dən 50 qəpiklik çörək 55, 55 qəpik olan çörəklər 65 qəpiyə satılacaq.
Çəki bundan əvvəl 440-450 qram idi, bundan sonra 500 qram olacaq. 55 qəpiklik çörəyin çəkisi isə 510 qram idi, bundan sonra 620 qram olacaq. Belə olduqda çörəkdə quruma da az olacaq”.