2028-ci ildən ölkə ərazisində FM analoq radio yayımının mərhələlərlə dayandırılmasına başlanılacaq.
“Qərb Xəbər” bildirir ki, bu, Azərbaycan ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planında öz əksini tapıb.
Tədbirlər Planının hədəf göstəricilərinə əsasən, 2027-ci ildə ölkə ərazisinin 99.6 faizi rəqəmsal radio yayımı ilə əhatə olunacaq.