Dünya

Azərbaycan bu seçkilərin hamısına namizəd oldu və qazandı..

12 iyul / 00:25 1 dəq
Xarici
12 iyul / 00:25
Burada sizin reklamınız ola bilər

Son 40 gün ərzində beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş və Azərbaycan Respublikası və onun vətəndaşlarının namizəd olduğu 6 seçkidən hamısında qələbə qazanılması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasına artan etimadın bariz göstəricisidir.

Bu haqda Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda sözügedən 6 seçki siyahısı aşağıdakı kimidir:

✅BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası (2025-2029-cu illər üzrə)

✅BMT Turizmin İcraiyyə Şurası (2025-2029-cu illər üzrə)

✅UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər üzrə)

✅BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyü (2026-2029-cu illər üzrə)

✅BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik

✅Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi

Paylaş
Burada sizin reklamınız ola bilər