Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Azərbaycan Qarabağda mühüm əməliyyatlara hazırlaşır – Planlar açıqlanır

3 ay ago
A A
ordumuz-yeni-2021

İyunun 15-də Zəngilan istiqamətində və Laçın postu ətrafında baş verən təxribatlar ərazidə növbəti antiterror əməliyyatların keçiriləcəyi ilə bağlı müzakirələri aktuallaşdırıb.

Bəzi ekspertlər növbəti əməliyyatların keçirilməsinin zəruri olduğunu bildirsə də, bir qisim hazırkı şəraitdə bunun danışıqlara zərər vura biləcəyini, Bakının təmkinli davranmasının daha doğru olduğunu deyir. Həmçinin baş verən təxribatların arxasında fərqli qüvvələrin dayandığı da iddia olunur.

Bəs toqquşmaların danışıqlara, sülh prosesinə nə kimi zərəri ola bilər? Azərbaycan hazırkı şəraitdə necə bir yol izləməlidir? Təxribatlarla bağlı iddiaları nə dərəcədə reallığa uyğun adlandırmaq olar?

“Qərb Xəbər” bildirir ki, mövzunu Globalinfo.az-a şərh edən siyasi analitik Orxan Amaşov Ermənistan ordusundakı vəziyyəti dəyərləndirərkən təxribatların arxasında dayanan güclərdən söz açıb:

“Ermənistan dövlətinin subyektlik baxımından ciddi problemləri olduğu üçün bu təxribatların kimin tərəfindən və hansı məqsədlərlə törədilməsilə bağlı fikir söyləmək çətindir. Çünki baş nazir Nikol Paşinyanın özünün Ermənistan Silahlı Qüvvələrinə hansı formada effektiv nəzarət etməsi ilə bağlı da ciddi suallar var. Doğrudur, son zamanlar nəzarəti gücləndirib, amma təsirinin olmadığı sferalar da var. Bu baxımdan təxribatların arxasında heç bir xarici qüvvənin rolunu istisna etmirəm.

Lakin hesab edirəm ki, Ermənistana təsir baxımından ən güclü qüvvə şübhəsiz ki, Rusiyadır və bundan müəyyən nəticələr çıxa bilər. Amma eskalasiyanın səbəbləri, təxribatın həyata keçirilməsində bəzi xarici qüvvələrin, yaxud Ermənistan daxilində hansısa dairələrin əsas rol oynaması məsələsindən kənara çıxsaq, Azərbaycanın bunlara necə münasibət bildirəcəyinə diqqət yetirməliyik”.

Orxan Amaşov

Analitik bildirib ki, təxribatların sülh prosesinə təsiri gözlənilənin əksinə olacaq, Azərbaycan bölgədə daha kəskin addımlar atacaq:

“Azərbaycan üçün hazırda əsas məsələ Qarabağda güclənməkdir. Laçın postunda Azərbaycan bayrağı qaldırılarkən yaşanan insidentdən sonra yol bağlandı. Bu, təbii ki, müvəqqəti atılmış bir addımdır. Hazırda isə yolboyu hərəkət tamamilə məhdudlaşdırılıb. Bu o deməkdir ki, Qarabağda sülhməramlıların şərti məsuliyyət zonası adlandırılan ərazidə də müəyyən addımlar atılacaq. Çünki biz yay ərzində Qarabağda müəyyən dəyişikliklər həyata keçirməliyik. Digər tərəfdən sərhəddə mövqelərimizi də gücləndirəcəyik və Ermənistanı bizim şərtlərlə delimitasiyaya məcbur edəcəyik. Baş verənlərdən bu nəticələrə gəlmək olur.
Bütün bunlar sülh danışıqlarına da mənfi təsir edir. Çünki eskalasiya heç zaman sülh dinamikasına müsbət təsir edə bilməz. Lakin biz Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində özünəməxsus bir situasiya ilə üz-üzəyik. Bizdə danışıqlar irəlilədikcə eskalasiya baş verirsə, nəticədə yeni inkişaf mərhələsi yaranır. Ona görə də hesab edirəm ki, baş verənlər prosesləri bizim lehimizə sürətləndirir. Çünki gərginlik Ermənistanın vəziyyətini daha da pisləşdirir”.

“Ümumilikdə bu təxribatların baş vermə səbəbini isə sonrakı mərhələlərdə daha dərindən anlayacağıq. Hazırda ən vacib məqam bizim bunları hansı istiqamətə yönəldəcəyimizdir. Birincisi, Qarabağda güclənəcəyik, nəticədə inzibati nəzarət təsis ediləcək, Azərbaycanın suverenliyi
tam təmin olunacaq, separatçılar ərazidən çıxarılacaq. İkincisi, sərhəddə güclənmək və Ermənistanı sülhə məcbur etmək istiqamətidir”- deyə, o bildirib.

Son xəbərlər

bella-lalayan

Bakı ilə razılaşacaqdınızsa, bizi niyə qırırdınız? – Lalayan

22 Sentyabr 2023
herbcilerimiz-dua

Hərbçilərimiz döyüşə “şəhidlik andı” ilə başladı – Video

22 Sentyabr 2023
photo_5217944171954948625_x

Məhərrəm Göyüşoğlu: Şəhidi olan məmləkətdə toy etmək doğrudurmu?

22 Sentyabr 2023
1643741448hikmethaci-1

Deyirlər ki, şərtlərimizlə razılaşmayacaqlar… – Hacıyev

22 Sentyabr 2023
1555491096_xin

XİN-də diplomatik xidmətə işə qəbul olmaq istəyənlər imtahan verəcək

22 Sentyabr 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.