Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Sahib Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.
“Qərb Xəbər” məlumat verir ki, heyətə DQİDK ilə yanaşı, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin də əməkdaşları daxildir. Nümayəndə heyəti Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşlarının iştirakı ilə Tbilisidə Heydər Əliyev adına parkda dahi şəxsiyyətin büstü qarşısında xatirəsini ehtiramla anıb, abidə önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, iyunun 11-dək davam edəcək səfər çərçivəsində Tbilisi Cümə məscidi ziyarət olunacaq, Gürcüstanın Müsəlmanlar İdarəsi, Dini Məsələlər üzrə Dövlət Agentliyi və digər qurumlarda görüşlər keçiriləcək.