Şəmkir rayonunda avtomobil qəzasında xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.
“Qərb Xəbər”in məlumatına görə, mayın 12-də baş vermiş qəzada yaralanan İlkin Əhməd oğlu Alıyev xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə “Nissan” markalı avtomobilin maneə çırpılması nəticəsində olub. Qəzada daha 1 nəfər də xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.