Dünya

Avropa çempionatında Azərbaycan cüdoçuları da mübarizəyə başlayacaq

23 aprel / 09:29 1 dəq
07c48f8f 8c61 3088 86ca 29d69243e150 850
23 aprel / 09:29
Burada sizin reklamınız ola bilər

Azərbaycanın beş cüdoçusu bu gün Monteneqronun paytaxtı Podqoritsada start götürəcək Avropa çempionatında mübarizəyə qoşulacaq.

Qerbxeber.comun məlumatına görə, ilk yarış günündə Əhməd Yusifov, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva tatamiyə çıxacaqlar.

Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər