Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Tovuz şəhərini iki yerə”bölən” keçid təmir olunub

IMG 20220304

Tovuzda Piyada keçidi təmir edilib. “Qərb Xəbər”in məlumatına görə, dəmiryolu xəttinin iki yerə böldüyü Tovuz Rayonunu birləşdirən yeganə piyada keçidi təmir edilib. Daha öncə antisanitar və işıqsız vəziyyətdə olduğu üçün sakinlərin çox az istifadə etdiyi piyada keçidində təhlükəsizlik sistemləri quraşdırılaraq Tovuz sakinlərinin və şəhər qonaqlarının istifadəsinə verilib.

Tovuz rayonunda avtoqəza baş verib – Video

IMG 20220305

Tovuzda avtoqəza baş verib. Qərb Xəbər”in məlumatına görə, rayonun H.Əliyev prospekti ilə hərəkətdə olan “Reno Megane” markalı minik avtomobili müntəzəm marşurut xətti üzrə hərəkət edən “Mersedes” markalı avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasada avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı Tovuz RPŞ-də arşdırma aparılır.

Bakı-Qazax yolunda zəncirvari qəza olub

IMG 20220304

Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində zəncirvari qəza baş verib. “Qərb Xəbər”in məlumatına görə, “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək “Ford Transit” daha sonra isə “Vaz-2106” markalı avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı Tovuz RPŞ-də araşdırma aparılır. Hadisəyə dair videonu bu linkə daxil olaraq izləyə bilərsiniz

“Köstəbəkləri aradan qaldırmalıyıq” – Deputat Müdafiə Nazirliyindəki pul mənimsəmələrindən danışdı

Trend azerbaijan parliament 190520

Milli Məclisin iclasında deputat Fazil Mustafa Müdafiə Nazirliyindəki həbslərdən danışıb.   “Qərb Xəbər” mlumat verir ki, F.Mustafa bildirib ki, Müdafiə Nazirliyində aparılan yoxlamalar onu sevindirir. “Biz nazirliyin bütün strukturlarında kök atmış köstəbəkləri aradan qaldırmalıyıq”, – deyə Fazil Mustafa əlavə edib. Həbs olunanlar arasında Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov da var. … Read more

Pakistanda qanlı partlayış: 30 nəfər öldü

Blast in Pakistan

Pakistanın Pişəvər şəhərində cümə namazı qılınan zaman törədilən partlayış nəticəsində azı 30 nəfər ölüb, onlarla insan yaralanıb. Bildirilir ki, partlayış Pişəvərin Kuça Risaldar məscidində baş verib. Hələlik partlayışın hansı qruplaşmanın üzvləri tərəfindən törədildiyi məlum deyil. qerbxeber.com

Bəşər Əsəd muzdlu döyüşçülərini Ukraynaya göndərir – Moskva üçün savaşacaqlar

Savash

Suriya prezidenti Bəşər Əsədin muzdluları Rusiya tərəfində döyüşmək üçün Ukraynaya göndərilib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə “Haber Global” kəşfiyyat məlumatlarına istinadən xəbər verib. Mənbə Bəşər Əsədin Rusiyaya göndərdiyi muzdluların Ukraynaya marşrutunu da açıqlayıb. Bildirilir ki, Suriyanı tərk edən muzdlular Ermənistana aparılır və Erebuni aviabazasında toplanılır. Sonra bu əsgərlər Şimali Osetiyanın Mozdok şəhərinə, oradan da Rusiya … Read more

DƏHŞƏT: 47 nəfər can verdi – Çerniqovda yaşayış binasına raket atıldı

Blast

Martın 3-də Ukraynanın Çerniqov vilayətində yaşayış massivinə Rusiyanın atdığı raket nəticəsində 47 nəfər həlak olub. “Qərb Xəbər” məlumat verir ki, bu barədə vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb: “Tibb müəssisələrinin yenilənmiş məlumatına görə, dünən, martın 3-də Rusiya aviasiyasının Çerniqov ərazisini bombardman etməsi nəticəsində 47 nəfər – 38 kişi və 9 qadın həlak olub. 18 nəfər xilas … Read more

Almansayağı “sərçə bazarı” – Video

Hazir serce bazari.mpg 3 4 2022 1 19 59 PM

Ölkədə göz oxşayan makro marketlərin sayı durmadan artır. Buna baxmayaraq, bir əsrdən çox yaşı olan bazar öz aktuallığını bu gün də qorumaqdadır. Tovuzda yerləşən “Sərçə bazarı”nın nə hündür binası var, nə də dəbdəbəli vitrini. Amma küçələrdən birində salınan bu bazar alıcı sarıdan əziyət çəkmir. Əsl kənd məhsulu istəyən günün bəlli saatında yolunu məhz buradan salacaq. … Read more

Türkiyədə hərbçilər qəzaya düşdü: 1 əsgər öldü, 3-ü yaralandı

Kaza crash qəza

Türkiyənin Tokat bölgəsində hərbi avtomobilin aşması nəticəsində 1 əsgər ölüb, 3-ü yaralanıb.   “Qərb Xəbər” məlumat verir ki, məlumatı “Anadolu” agentliyi yayıb. Hadisə Tokat-Niksar avtomobil yolunun Almus qovşağında baş verib. İlkin məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub. Yaralılar Tokatdakı dövlət xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. qerbxeber.com

Makron yenidən Fransa prezidenti ola bilər – Rəsmən açıqladı

Macron makron emmanuel

Fransa Prezidenti Emmanuel Makron apreldə keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Makronun Fransanın bir sıra regional nəşrləri tərəfindən dərc edilmiş məktubunda deyilir. “Prezident kimi yeni mandat üçün etimad göstərməyinizi xahiş edirəm. Mən əsrin çağırışları qarşısında sizinlə birlikdə Fransanı inkişaf etdirməyə namizədəm”, – Makronun məktubda … Read more

Daha bir ölkə Avropa Birliyinə üzv ola bilər

Moldova

Moldova hakimiyyəti Avropa İttifaqına (Aİ) üzv olmaq üçün ərizə verəcək.   “Qərb Xəbər” məlumat verir ki, bunu Moldova Prezident Maya Sandu keçirdiyi brifinqdə deyib. “Bu gün biz Moldovanın Avropa İttifaqına daxil olması üçün ərizə imzalayacağıq. O, Fransa prezidenti Emmanuel Makrona göndəriləcək”, – Sandu bildirib. Ölkə başçısı sənədi parlamentin spikeri İqor Qrosu və baş nazir Natalya … Read more

Zərərsizləşdirilən rus hərbçilərin sayı 10 minə yaxınlaşır – Ukrayna rəsmən açıqladı

ADDITION APTOPIX Ukraine Invasion

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.   “Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb. Bildirilib ki, indiyədək 9 166 nəfər zərərsizləşdirilib, 251 nəfər əsir götürülüb. Bundan başqa, işğalçı qüvvələrin 33 təyyarə, 37 helikopter, 251 tank, 939 zirehli döyüş maşını, 105 artilleriya qurğusu, 18 hava hücumundan … Read more

Prezident Zelenski Avropa ölkələrinə səsləndi: “Gücünüz yoxdursa, mənə təyyarələr verin”

Zelenski

“Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi Avropanın ölkəyə münasibətini göstərir”. “Qərb Xəbər” məlumat verir ki, , bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib. Zelenski əlavə edib ki, o, ABŞ və Avropa İttifaqından ölkəsi üzərində səmanın bağlanması üçün tarix təyin etməyi xahiş edib. “Mən sizdən səmanı bağlamağınızı istəyirəm. Əgər sizin gücünüz yoxdursa, onda mənə təyyarlər verin”. Bundan əvvəl … Read more

Rəsmi Kiyevdən Qərb ölkələrinə çağırış: “Məsuliyyəti üzərinizə götürün”

Podolyak

Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Qərb ölkələrinə çağırış edib. “Qərb Xəbər” məlumat verir ki, o, bu barədə Twitter səhifəsində yazıb. “Rusiyanın apardığı bu müharibənin məntiqi mülki infrastruktura, böyük şəhərlərə və mülki əhaliyə endirilən raket və hava zərbələrinin artırılmasıdır. Qərb tərəfdaşlarının müharibəni bitirmək üçün məsuliyyəti öz üzərinə götürməsinin vaxtıdır”, – M.Podolyak bildirib. qerbxeber.com

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı

6221ac83ac5af6221ac83ac5b016463740196221ac83ac5ab6221ac83ac5ad

2022-ci ilin fevral ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 126,3 min nəfərdən çox olub. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin yaydığı xəbərə görə, onlardan 99,1 min nəfərdən çoxu yaşa, 13,3 min nəfərdən çoxu əlilliyə, 13,9 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alıb.

Əsgərimiz həlak oldu

E9df73f7 bf43 3e78 b94c 7b77856db54e

Azərbaycan Ordusunun əsgəri avtomobil qəzasında həlak olub. “Qərb Xəbər” məlumat verir ki,  bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək … Read more

“Kənd icmalarında qadın liderlər” adlı layihə fəaliyyətə başlayıb

IMG 20220303

Qazaxda fevralın 1-də “Kənd icmalarında qadın liderlər” adlı layihə fəaliyyətə başlayıb. “Qərb Xəbər”in məlumatına görə, layihə İnnovativ Vətəndaş Təşəbbüsləri İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin keçirilməsində məqsəd kənd icmalarında qadınların liderlik bacarıqlarının artırılmasına dəstək verməlidir. İlkin mərhələdə 7 kənddə 7 təlim keçirilməsi nəzərdə tutulub. Layihənin 1 iyunda başa çatması gözlənilir.