Türkiyədə hərbçilər qəzaya düşdü: 1 əsgər öldü, 3-ü yaralandı
Türkiyənin Tokat bölgəsində hərbi avtomobilin aşması nəticəsində 1 əsgər ölüb, 3-ü yaralanıb.
“Qərb Xəbər” məlumat verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
Hadisə Tokat-Niksar avtomobil yolunun Almus qovşağında baş verib. İlkin məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub.
Yaralılar Tokatdakı dövlət xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı