Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Azərbaycan Müdafiə Nazirliyi brifinq keçirib

Images (18)

Azərbaycan Müdafiə Nazirliyi brifinq keçirib. “Qərb Xəbər”xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin genişmiqyaslı təxribatı barədə ətraflı məlumat verib. O bildirib ki, Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlib: “Ermənistan bu kimi əməlləri … Read more

Azərbaycan turizm sektoru payız-qış mövsümünə necə hazırlaşır?

25d80933 8ac5 33f3 a303 16019e27a222

Koronavirus (COVID-19) pandemiyası dövründə tətbiq edilən qapanmalar bir çox sahələr kimi turizmə də təsirsiz ötüşməyib. Məhz bu səbəbdən də 2020-2021-ci illərdə Azərbaycana gələn turistlərin sayında kəskin azalma var. Amma pandemiyadan sonra qadağaların aradan qaldırılması, sərhədlərin açılması ilə ölkəyə turist axını sürətlənməkdədir. Rəsmi statistikaya görə, bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 004,1 min nəfər, təkcə avqust ayında … Read more

Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilir

Millimeclis1

Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilir. “Qərb Xəbər” bildirir ki, bununla bağlı məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə ediləcək. Belə ki, komitə iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi deputatların müzakirəsinə çıxarılacaq.

Direktorlara rəsmi xəbərdarlıq – “Məktəbli formalarına tələb qoyula bilməz”

1662983741

“2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması məcburi deyil. Yeni məktəbli forması ala bilməyən şagirdlər ötən tədris ilindəki geyimlərindən istifadə edə bilərlər”. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, məktəb rəhbərlərinin yeni məktəbli formalarının alınması ilə bağlı şagirdlər və ya valideynlər qarşısında hər hansı … Read more

Azərbaycanda buğda istehsalına dair qarşıda duran əsas vəzifələr açıqlanıb

Buğda

Azərbaycanda buğda istehsalı ilə bağlı qarşıda duran əsas vəzifələr əkinə yararlı torpaq ehtiyatlarının genişləndirilməsi, məhsuldarlığın artırılması, ərzaqlıq buğdanın keyfiyyətinin yüksəldilməsi, müasir texnologiyanın tətbiqi və su ehtiyatlarının qənaətlə sərf edilməsidir. Bunu Baş Nazir Əli Əsədov bildirib. O, bu barədə Ağsu rayonuna səfəri çərçivəsində keçirdiyi, ölkədə ərzaqlıq buğda istehsalında mövcud problemlərə və qarşıda duran vəzifələrə həsr olunan … Read more

Baş Prokurorluqdan Əvəz Zeynallı və Elçin Sadıqovla bağlı açılama

1662968272 33 elcin sadiqov

Mediada yayımlanmış məlumatlar və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. “Qərb Xəbər” “Bizim.Media”ya istinadən xəbər verir ki, bu … Read more

Azərbaycan MN ermənilərin iddiasını təkzib etdi

1604484268427 xmnBl9rv

Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. “Bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda bildirilib.

Sabah rayonlarda 32 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə havanın temperaturu gecə 19-22° isti, gündüz 25-28° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə … Read more

Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsi başlayıb

Imtahan.jpg1

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verilib. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq. Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndərilib. Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.

Bir ailədən ata və iki övladı tələbə krediti alıb

631ee1ecd2540631ee1ecd254216629683005ae59c94dc802e3c77743b524d42217e

Eyni ailənin iki və daha çox üzvünə rəsmiləşdirilmiş təhsil tələbə krediti ilə bağlı statistika açıqlanıb. Bu barədə Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev Fondun hesabat tədbirində çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, 2021-2022-ci tədris ilində 4 ailənin 3 üzvü təhsil tələbə krediti alıb. “Bir ailə payız, 3 ailə isə yaz semestrində kredit … Read more

Ali məktəblərə qəbul olunanların qeydiyyat müddəti başa çatır

Iş

Ali təhsil müəssisələrinə qəbul olunan (I mərhələdən sonra) abituriyentlərin qeydiyyat müddəti başa çatır. DİM-dən verilən xəbərə görə, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı sentyabrın 2-dən başlanıb və 12 sentyabr saat 23:59-dək davam edəcək. Ali təhsil müəssisələrinə qəbul olunan (I mərhələdən sonra) şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən … Read more

NİİM yeni tədris ilinin başlanması ilə əlaqədar sürücülərə müraciət edib

5cb22657 f2e7 312a 8ba5 0f61b5bfaab5

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ilinin başlanması ilə əlaqədar sürücülərə müraciət edib. Mərkəzin rəsmisi Rauf Mirqulamov bildirib ki, sentyabrın 15-də yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil ocaqları yaxınlığında şəxsi minik avtomobillərinin park edilməsi və dayanma-durma qaydalarının pozulması halları digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə maneə yaradır və yollarda sıxlığın yaranmasına … Read more

“Azərbaycan 2023-cü ildə Qarabağda ermənilərin siyahıyaalınmasına başlayacaq” – Rəy

1662792293

Bu günlərdə Rusiyalı politoloq İqor Korotçenko açıqlamasında bildirmişdi ki, 2023-cü ildə Azərbaycan höküməti Qarabağdakı ermənilərin siyahıyaalınmasını həyata keçirə biləcək. Fikrini də onunla əsaslandırmışdı ki, artıq erməni separatçıları üçün çəmbər daralıb. İlin sonuna qədər Qarabağda heç bir silahlı birləşmə qalmayacaq. Dinc ermənilərsə məmnuniyyətlə Azərbaycan vətəndaşlığı alaraq öz həyatlarına davam edəcəklər. “Qərb Xəbər” məlumat verir ki, rusiyalı … Read more

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

29c06d0b 1a1b 3ae0 971e 8b19034ea1d6

“Son sutkada Ukraynada Rusiya ordusunun 300 hərbçisi məhv edilib”. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 52 950-yə çatıb. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 168 tank, 4 640 zirehli döyüş maşını, 1 269 artilleriya sistemi, 311 reaktiv yaylım … Read more

Ermənilər Gədəbəy rayonunu atəşə tutdu

9ad95c4e 67ae 3893 8257 5710d31625f8

Sentyabrın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. “Qərb Xəbər” bildirir ki, bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin … Read more

Gəncədə Tovuz və Şəmkiri də əhatə edən regional autizm mərkəzi yaradılır

59d83fd5 8d14 3644 8c7f 8fe0f6131c4e

“AzerGold” QSC-nin və Heydər Əliyev Fondunun dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə autizm spektr pozuntulu (ASP-li) şəxslərin fərdi inkişafına dəstək, onların erkən diaqnostikası və sıx reabilitasiya almaları və maarifləndirmə işlərininin aparılması məqsədilə Gəncə şəhərində regional autizm mərkəzi yaradılır. “Qərb Xəbər”in “AzerGold”a istinadən verdiyi məlumata görə, “Birgə və Sağlam” İctimai Birliyi ilə icra ediləcək … Read more

Qazax sakinində narkotik vasitə aşkarlanıb

1662793807 0cec605b6e39d7351aa9ec1622a971061631712038 1631547451 1631543959 untitled 1 jpg

Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Pərviz Bayramov rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib. “Qərb Xəbər”ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman narkotik maddə olan “heroin” … Read more

Gəncədə serjant insanları necə aldadıb ?

1662793807 0cec605b6e39d7351aa9ec1622a971061631712038 1631547451 1631543959 untitled 1 jpg

Azərbaycanda 20-yə yaxın vətəndaşdan külli miqdarda pul alaraq, onları Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrə düzəldəcəyini vəd verən polis serjantına hökm oxunub.  “Qərb Xəbər” Qaynarinfo-ya istinadən bildirir ki, Gəncə şəhəri, Nizami rayon Polis İdarəsinin Təminat qrupunun polis nəfəri, polis serjantı vəzifəsində işləmiş Tacəddin adlı şəxsə qarşı qaldırılan cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məlum olub … Read more

Payızda hansı qida zəhərlənmələri ola bilər? – Mütəxəssis

1662729540 aa

Sentyabr ayının ilk günlərindən başlayaraq qida rasyonumzda bəzi dəyişikliklər etməyə başlayırıq. Xüsusilə havalar bir az soyudusa, balıq, göbələk və konserviləşdirlilmiş məhsulların dequstasiyası önə keçir. Amma belə məqamlarda istehlak etdiyimiz məhsulun yetişdirilməsi, keyfiyyətli emalı, saxlanılma qaydaları unudulur. Payızın ilk aylarından başlayaraq da zəhərlənmə halları artır. Çünki dediyimiz kimi, əsil meyvə-tərəvəz sezonu artıq başlayıb. Təbii ki, hər … Read more

Qərb bölgəsində icmalarla bağlı layihə həyata keçiriləcək

IMG 20220910 WA0000

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ” Qazax, Ağstafa və Tovuz icmalarında sosial problemlərin həllinə dəstək üçün yerli hakimiyyət, vətəndaş cəmiyyəti və medianın səfərbər olunması” layihəsinin icrasına başlayıb.

Qərb Xəbər məlumat verir ki, layihə bu ilin sentyabr , oktyabr və noyabr aylarında həyata keçiriləcək.Layihədə, Qərb bölgəsində yaşayan əhalinin öz problemlərinin həlli üçün səfərbər olunması,habelə sosial problemlərin daha tez və effektiv həlli üçün yerli hakimiyyət, vətəndaş cəmiyyəti və yerli medianın iş birliyinə nail olmaq planlaşdırılır.

Bunun üçün Qazax, Ağstafa və Tovuz rayonlarının hər birindən 3 kənd icması seçilib, onların problemləri öyrəniləcək, həmin problemlərin həllinə yardımcı olan vasitələr tapılacaq.

Layihənin məqsədi-Yerli problemləri həll etmək üçün vətəndaş təşəbbüslərinin, habelə yerli hakimiyyət, QHT və medianın birgə fəaliyyətinin dəstəklənməsidir.

Bunun üçün layihənin icra müddətində İcmaların problem ətrafında təşkilatlandırılması,problemlərin aidiyyəti qurumlar qarşısında qaldırılması,kənd əhalisinin problemlərinin həlli üçün yerli hakimiyyət,QHT və yerli medianın səylərinin birləşdirilməsi və icmalar arasında könüllülük və fundreyzinq fəaliyyətinin təşviq edilməsi nəzərdə tutulub.

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi