Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilir.
“Qərb Xəbər” bildirir ki, bununla bağlı məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə ediləcək.
Belə ki, komitə iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi deputatların müzakirəsinə çıxarılacaq.