Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

TƏBİB: “Tovuzda körpənin həkim səhlənkarlığı səbəbindən xəstələnməsi məsələsi araşdırılır”

277a64f4 30a3 3c06 8b3e 4b6da8d16a94 850 (1)

Tovuzda yenidoğulan körpənin səhhətində həkim səhlənkarlığı səbəbindən problemlərin yaranması məsələsi araşdırılır. Bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, 1992-ci il təvəllüdlü J.Y. 04.09.2022-ci il tarixində Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib: “38-39 həftəlik hamilə olan pasiyent həmin gün qeysəriyyə əməliyyatı ilə çəkisi 3 500 qram, boyu 52 sm olan körpə dünyaya gətirib. Körpə doğularkən fizioloji sarılığı … Read more

Tokayevin Ərdoğanla görüşündə TURAN mesajı

1665641629 photo 2022 10 13 10 05

Xəbər verdiyimiz kimi, dünən Astana şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan prezidenti Kasım-Jomard Tokayev arasında görüş keçirilib. Görüşdə masanın üstünə qoyulan mineral su müzakirələrə səbəb olub. “Qərb Xəbər” bildirir ki, fotoda su qabının üstündəki “Turan” sözü böyük maraq doğurub. Sosial şəbəkələrdə bu haqda geniş diskussiya açılıb və bildirilib ki, bu, özünü türk hesab edən hər … Read more

Ərdoğanla Putinin Astanada müzakirə edəcəyi mövzular məlum olub

121217398 erdoganyeni

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qazaxıstandakı təmasları çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. İki liderin Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti, Türkiyənin sülh səylərini və taxıl dəhlizini müzakirə edəcəyi gözlənilir. Bundan əlavə, Suriyadakı hadisələr də müzakirə mövzusu olacaq. Ərdoğanın ikitərəfli danışıqlar çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə də görüşü nəzərdə tutulub. Mənbə: TRT Haber

Kələm xərçəngi əngəlləyirmi ?

Kelem

Alimlər deyir ki, kələm, brokoli və bu kimi kələm növündən olan tərəvəzlər bağırsaq xərçənginin riskini azalda bilər Kələməbənzər bitkilərin mədə-bağırsaq üçün faydalı olması heç zaman şübhə doğurmayıb, lakin bunun dəqiq izahatı indiyə qədər verilməmişdi. Francis Crick İnstitutunun elmi qrupunun bildirdiyinə görə, tərəvəzin həzm edilməsi xərçəng əleyhinə kimyəvi maddələrin əmələ gəlməsi ilə müşayiət olunur. Britaniya Xərçəng … Read more

“Gəncəni və Ukrayna şəhərlərini bombalayan “təfəkkür” eynidir” – Elxan Şahinoğlu

Bombalanma

“Ukrayna cəmiyyəti də Azərbaycan cəmiyyəti kimi şəhərlərinin bombalanmasından panikaya düşməyib, işğalçı ilə mübarizə davam edir” “İki il əvvəl Gəncənin bombalanması “təfəkkürü” ilə bu gün Ukraynanın şəhərlərini bombalayan “təfəkkür” eynidir”.”Qərb Xəbər” bildirir ki, bunu “Hurriyyet.az”a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib. Politoloq bildirib ki, Ermənistan hakimiyyəti iki il əvvəl Qarabağda irəliləyən Azərbaycan ordusunu … Read more

Bu da uçan maşın – Video

6346ca869d8e66346ca869d8e716655837506346ca869d8e46346ca869d8e5

Çin avtomobil istehsalçısı XPeng Dubayda keçirilən Gitex Global 2022 sərgisində uçan avtomobilini nümayiş etdirib. “Qərb Xəbər” xarici mediaya istinadla bildirir ki, bu barədə şirkətin saytında məlumat verilib. Qeyd olunur ki, elektromobil iki nəfər üçün nəzərdə tutulub, akkumulyatorun tam doldurulması ilə 130 km/saat sürətlə 35 dəqiqəyə qədər uça bilir. X2-nin maksimal hündürlüyü 91 metrdir. Bununla da, … Read more

Pensiyalar oktyabrın 14-də tam ödəniləcək

Pul

Ölkə üzrə oktyabrın pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. “Qərb Xəbər” bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, 2022-ci ildə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın sonuncu rüb üzrə ödəniləcək 50 manatı da oktyabr ayının pensiyalarının üzərinə əlavə olunacaq. Qeyd edək ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna … Read more

Britaniya Ukraynaya yeni raketlər verəcək

63475a791871c63475a791871d166562060163475a791871a63475a791871b

Böyük Britaniya hökuməti Ukraynaya ABŞ istehsalı olan NASAMS zenit-raket kompleksləri üçün raketlər verəcək. “Qərb Xəbər” “Lent.az”a istinadən xəbər verir ki, bu barədə The Times nəşri məlumat yayıb. Qəzetin məlumatına görə, ABŞ ilin sonunadək Ukraynaya 2 NASAMS tədarük edəcək. Növbəti 6 kompleks isə gələn il çatdırılacaq.  London isə Ukraynaya əlavə 18 haubitsa yollayacaq. Rusiya ordusunun Ukraynanın enerji … Read more

Şəmkirdə yük avtomobili elektrik dirəyinə çırpılıb

FotoJet (55)

Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Qərb Xəbər” bildirir ki, hərəkətdə olan “Ford” markalı kiçiktutumlu yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində Şəmkir rayon sakinləri, 1977-ci il təvəllüdlü V.Cəfərov və 1956-cı il təvəllüdlü Ə.Cəfərova xəsarət alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir. Faktla … Read more

Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobili atəşə tutulub

Photosssss 2022 10 12 12 48

Bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. Bu barədə Milli.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti … Read more

MN: Ermənilər ordumuza aid texnikanı atəşə tutdu

Indir (89)

Oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən … Read more

İlham Əliyev Qazaxıstana işgüzar səfərə gedib

Indir (88)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfərə gedib. “Qərb Xəbər” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında dövlət başçısını Qazaxıstanın Baş naziri … Read more

Azərbaycanda istehsal olunan 9 adda qəndlə bağlı nöqsanlar aşkarlanıb – SİYAHI

A61f7e28 1775 3876 ba43 f259481d46d5

Azərbaycanda istehsal olunan 9 adda qəndlə bağlı nöqsanlar aşkarlanıb. Bu barədə “Report”a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, nəzarət tədbirləri zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən bir sıra istehsalçılara məxsus qənd məhsulu partiyalarının qida sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, kükürd dioksid (SO2) miqdarının laborator sınaqların nəticələrinə əsasən normadan artıq olduğu müəyyən … Read more

Sabah yağış yağacaq

3b4fe856 fe02 31b7 b0c5 8624ed927849

Bakıda və Abşeron yarımadasında oktyabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Qərb Xəbər”ə verilən məlumata görə, axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 767 … Read more

Azərbaycanda yod qıtlığı aradan qalxır – Rəsmi

Yod

Son zamanlar apteklərdə müşahidə olunan yod qıtlığı aradan qaldırılır. “Qərb Xəbər”in məlumatına görə, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib. “Yodun idxalı üçün idxalçı şirkət tərəfindən müraciət sentyabr ayının sonunda qeydə alınıb. Bu onu deməyə əsas verir ki, yod problemi aradan qalxır”, – qurumdan qeyd olunub. Xatırladaq ki, Azərbaycan ərazisində … Read more

Ağstafada məktəblini maşınla vuran sürücü divizion komandiridir

FotoJet (1) (1)

Ötən gün Ağstafa rayonunun Poylu kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxs divizion komandiri imiş. “Qərb Xəbər”in məlumatına görə, 1988-ci il təvəllüdlü Bəhruz Məmmədov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə rayon ərazisində yolu qarşı tərəfə keçmək istəyən piyada, 2006-ci il təvəllüdlü N.Orucovu vurub. Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək … Read more

Səudiyyə Ərəbistanı XİN başçısı: “OPEC+”un neft hasilatını azaltmaq qərarı siyasi deyil”

Images (28)

“Vaşinqtonun narazılığına səbəb olan “OPEC+”un neft hasilatını azaltmaq qərarı siyasi deyil, iqtisadi idi”. “Qərb Xəbər” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud “Al Arabiya” telekanalına müsahibəsində deyib. O, həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında münasibətlər strateji xarakter daşıyır və Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin qorunmasına … Read more

Ağstafada 16 yaşlı oğlanı avtomobil vurub

Qezakkk

Ağstafa rayonunun Poylu kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Qərb Xəbər”in məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən piyada, 2006-ci il təvəllüdlü N.Orucovu “Mercedes” markalı avtomobil vurub. Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

BVF gələn il qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Indir (87)

Beynəlxalq Valyuta Fondu gələn il qlobal iqtisadi artım proqnozunu aşağı salıb. Bu barədə “Qərb Xəbər” fondun rəsmi saytına istinadən xəbər verir. Qeyd olunub ki, qlobal iqtisadiyyat bir sıra çətinliklərlə üzləşib: “İnflyasiya onilliklər ərzində göründüyündən daha yüksəkdir, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və uzun sürən COVID-19 pandemiyası iqtisadiyyatlara ağır zərbə vurur. Qlobal artımın 2021-ci ildəki 6%-dən 2022-ci … Read more

G7 liderlərinin Ukrayna ilə bağlı növbədənkənar iclası başlayıb

Ce4f18da eae9 3e2b a52c 73195ac197a4

Ukraynadakı obyektlərə kütləvi zərbələrin endirilməsinin nəticələrini müzakirə etmək üçün G7 ölkələrinin liderlərinin videobağlantı formatında fövqəladə iclası başlayıb. “Qərb Xəbər” xəbər verir ki, videokonfransda G7 nümayəndələri ilk növbədə Ukraynada son eskalasiyanın nəticələri məsələsinə baxacaqlar. İclas iştirakçıları həmçinin enerji sektoru və enerji qiymətləri ilə bağlı məsələləri müzakirə edəcəklər.