Britaniya Ukraynaya yeni raketlər verəcək
Böyük Britaniya hökuməti Ukraynaya ABŞ istehsalı olan NASAMS zenit-raket kompleksləri üçün raketlər verəcək.
“Qərb Xəbər” “Lent.az”a istinadən xəbər verir ki, bu barədə The Times nəşri məlumat yayıb.
Qəzetin məlumatına görə, ABŞ ilin sonunadək Ukraynaya 2 NASAMS tədarük edəcək. Növbəti 6 kompleks isə gələn il çatdırılacaq. London isə Ukraynaya əlavə 18 haubitsa yollayacaq.
Rusiya ordusunun Ukraynanın enerji şəbəkəsinə zərbəsindən sonra Birləşmiş Krallıq Kiyevə NASAMS sistemləri üçün raket tədarük etməyi qərara alıb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı