Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

FHN xilasediciləri Kahramanmaraşda dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxarıb

63ec72e10ebf363ec72e10ebf4167644028863ec72e10ebf163ec72e10ebf2

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Bu barədə “Qərb Xəbər”ə FHN-dən bildirilib.     Qeyd edilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları … Read more

Rusiya xilasediciləri Türkiyədən qayıdıblar

Indir 2023 02 15T095119.664

Rusiya xilasediciləri Türkiyədə zəlzələ zonasında işlərini başa vuraraq Moskvaya qayıdıblar. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin teleqram kanalı xəbər yayıb. “Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi göyərtəsində bir qrup xilasedici və həkimlə birlikdə Moskvaya enib”, – məlumatda deyilir. Qeyd olunur ki, nazirliyin 150-dən çox mütəxəssisi fevralın 7-dən Türkiyənin ən çox zərər … Read more

Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib

Indir 2023 02 15T093949.228

Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. “Qərb Xəbər”in xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib. Qeyd edək ki, Ş.Bağırov 1965-ci ildə anadan olub, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. … Read more

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 418 nəfərə çatıb

63e8f39ab025f63e8f39ab0260167621109863e8f39ab025d63e8f39ab025e

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 418 nəfərə çatıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, yaralıların 13 208-i xəstəxanalarda müalicəsini davam etdirir. “Ölən 35 418 vətəndaşımın hər birinə rəhmət diləyirəm. Xilas edilən 105 505 yaralıya şəfa diləyirəm”, – Ərdoğan vurğulayıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin … Read more

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5,8 min nəfəri ötüb

32b86aec 0372 3a44 9999 a4d39d45bc86

Suriyada fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 5,8 min nəfəri ötüb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb. Xatırladaq ki, fevralın 6-da Türkiyədə və Suriyada zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntılara və on minlərlə … Read more

Gəncədə polisin bıçaq xəsarəti almasının səbəbi məlum olub

Indir 2023 02 15T091843.011

Gəncədə polisin bıçaq xəsarəti almasının səbəbi məlum olub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qərb Xəbər”ə bildirib ki, Gəncə şəhərində polis yaşadığı evdə ehtiyatsızlıqdan yıxılıb və nəticədə ayağından yüngül xəsarət alıb. Məlumata görə Kamal Əliyev Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşıdır.       Ona ilkin tibbi yardım göstərildikdən … Read more

Laçın-Xankəndi yolundakı aksiya 66 gündür davam edir

63ec605007edc63ec605007edd167643553563ec605007eda63ec605007edb

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. “Qərb Xəbər” APA-nın Şuşaya ezam olunmuş müxbirinə istinadən xəbər verir ki, aksiya gecəboyu davam edib. Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə … Read more

Alışveriş zamanı polietilen torbaların qiymətləri məlum olub

Renkli plastik poset

Azərbaycanda sabahdan ticarət obyektlərində alışveriş zamanı polietilen torbalar üçün ayrıca haqq alınacaq. “Report”un iri market şəbəkələrində apardığı araşdırmaya görə, fevralın 15-dən kiçik ölçülü torbalar 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılacaq. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Report”a bildirilib ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, sahibkarlar Azərbaycan qanunvericiliyinə əməl etməklə öz malları (məhsulları, … Read more

İran rəsmisi: “Azərbaycan səfirliyinə hücumla bağlı dosye məxfidir”

Məsud Sitayişi

🇮🇷🇦🇿İran rəsmisi: “Azərbaycan səfirliyinə hücum dosyesi məxfidir” İran İslam Respublikası Məhkəməsinin sözçüsü Məsud Sitayişi keçirdiyi mətbuat konfransında deyib: “Azərbaycan səfirliyinə hücumla bağlı dosye məxfi xarakter daşıyır”. O, əlavə edib: “Bu iş ibtidai istintaq mərhələsindədir və konfidensial xarakter daşıyır. Məsələnin müxtəlif aspektləri və cəhətləri çox diqqətlə və peşəkarcasına araşdırılır və müvafiq qərarlar verildikdən sonra ictimaiyyətə məlumat … Read more

“Caliber”: “Moskva Ruben Vardanyanı Qarabağa qaytarıb”

Ruben vardanyan

Özünü Xankəndidəki separatçı rejimin “dövlət naziri” elan etmiş Ruben Vardanyan Qarabağa qayıdıb. Bu barədə “Caliber”in “Telegram” kanalı məlumat yayıb. “Əldə etdiyimiz məlumata görə, Moskva Ruben Vardanyanı Qarabağa qaytarıb. Bu, nümayişkaranə şəkildə Azərbaycanın ünvanına hörmətsizlikdir. Üstəlik, Moskvanın bu addımı Nikol Paşinyan hökuməti ilə razılaşdırılıb. Nəticələr bütün regional münasibətlər kompleksi üçün, ilk növbədə isə Ermənistan tərəfi üçün … Read more

Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçirilir

Mn1

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. “Qərb Xəbər” bildirir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.   Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi 14.02.2023-cü il tarixdən 18.02.2023-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri … Read more

Türkiyədə zəlzələdə ölənlərin sayı 31 974 nəfərə çatıb

4bba23c7 020d 3ef5 ae91 da73b6f994f5 850 (1)

Türkiyədə zəlzələdə ölənlərin sayı 31 974 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Əlavə edək ki, Türkiyədəki zəlzələ nəticəsində dağılan binalarla əlaqədar daha bir binanın layihə rəhbəri saxlanılıb. “Qərb Xəbər” “Habertürk”ə istinadən xəbər verir ki, Şanlıurfanın Haliliye rayonunda yerləşən “Özabacılar” binasının layihə rəhbəri İstanbulda saxlanılıb.

Əfv Komissiyasının iclası keçirilib

Indir 2023 02 14T164059.425

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. “Qərb Xəbər”in xəbərinə görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb. Bununla da iclaslarda baxılan məsələlərin sayı 600-ü ötüb. Komissiyanın növbəti iclası isə fevralın 23-də keçiriləcək.

Moldova hava məkanını bağlayıb

Indir 2023 02 14T163547.139

Moldova hava məkanını bağlayıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə “Air Moldova” aviaşirkəti məlumat yayıb.     Moldovanın hava məkanının bağlanması qərarının səbəbi açıqlanmayıb. Bildirilib ki, Moldova hakimiyyət orqanları təhlükəsizlik məqsədilə öz hava məkanını müvəqqəti bağlayıb.

Armen Qriqoryan: Ermənistan istənilən an Türkiyə ilə sərhədləri açmağa hazırdır

Armen Qriqoryan

Ermənistan istənilən an Türkiyə ilə sərhədləri açmağa və münasibətləri nizamlamağa hazırdır. “Qərb Xəbər” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. “Siz Ermənistan tərəfinin yanaşmasını bilirsiniz. Bununla bağlı biz reallaşma müddətini elan etməmişik. İki razılaşmamız var və onlardan biri üçüncü ölkə vətəndaşlarına şamil edilir”, – Qriqoryan bildirib. O, … Read more

Priqojinin təyyarəsi vuruldu

Priqojin

Ukrayna hərbçiləri Baxmut üzərində “Vaqner” özəl hərbi şirkətinə məxsus Su-24 təyyarəsini vurub. Məhz bu təyyarə Yevgeni Priqojinin Ukrayna Prezidenti Vladimir Zelenskini hava duelinə çağırdığı təbliğat videosunun çəkilişi zamanı istifadə edilib. “Qərb Xəbər” “Axar.az”a istinadən xəbər verir ki, məlumat Priqojinin mətbuat xidməti tərəfindən təsdiqlənib. “Bəli, həqiqətən də həmin təyyarə düşmənin hava hücumundan müdafiə sistemlərinin hücumuna məruz … Read more

Hərbi qulluqçumuz Türkiyədə kursu birinciliklə bitirib

434f1ed2 354d 3c3f a860 d73ff371c107

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu kapitan Yaqubov Tural Ağaəli oğlu Türkiyə Respublikasında təşkil olunan kursu birinciliklə bitirib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Türkiyənin Hava Tədris Komandanlığının məktəblərindən birində keçirilən ingilis dili kursunda Azərbaycan, Türkiyə, Qırğızıstan, Gürcüstan, Ukrayna və Mavritaniyadan olan hərbi qulluqçular iştirak ediblər. Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim … Read more

Sabah rayonlara qar yağacaq

1613983592 masin qar

Bakıda və Abşeron yarımadasında fevralın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənəcək cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın … Read more

Türkiyədən təxliyə edilən Azərbaycan vətəndaşlarının sayı 513 nəfərə çatıb

63eb3c50d8cdb63eb3c50d8cdc167636078463eb3c50d8cd963eb3c50d8cda

Bu günə qədər 513 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub. “Qərb Xəbər” xəbərinə görə bu barədə  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. O, təxliyə prosesinin davam etdiyini qeyd edib.

Bu gün Hərbi Hava Qüvvələri günüdür

8308345

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günüdür. “Qərb Xəbər” bildirir ki, 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub.Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.Azərbaycanın ikinci müstəqilliyi dövründə – … Read more