Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Hansı müəllimlərin maaşları artırıldı?

Maas

Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Mövzu ilə bağlı “Xəzər Xəbər”ə açıqlama verən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, artımlar … Read more

Azərbaycan XİN “Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil”

1676867758 aksiya

“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Laçın yolundan istifadə qanuni və şəffaf olmalıdır və yoldan sui-istifadə hallarına yol verilməməlidir”. “Qərb Xəbər” bildirir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatına dair şərhində bildirilib. Qeyd olunub ki, bu səylərin tərkib hissəsi kimi, Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid … Read more

“Vəzifədən” göndərilən Vardanyandan ilk açıqlama

Ruben vardanyan

Rusiyadan Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına göndərilən və 2022-ci ilin 4 noyabrında separatçı tör-tökütnülərinin “dövlət nazir” vəzifəsinə təyin edilən rusiyalı milyarder Ruben Vardanyan cəmi 112 gün “davam gətirə” bildi. Azərbaycanın təzyiqi ilə bu gün “vəzifəsindən” azad edilən Ruben Vardanyan “istefaya göndərilməsi mərasimində” çıxış da edib. “Qərb Xəbər” “Axar.az”a istinadən xəbər verir ki, … Read more

Rusiya Ermənistana qaz nəqlini dayandırdı

1677217785

Rusiya Ermənistana qaz nəqlini müvəqqəti dayandırıb. Bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan erməni mətbuatına açıqlamasında deyib. O, bunun səbəbini belə izah edib: “Rusiya tədarüklə bağlı problemin texniki xarakter daşıması barədə bizə məlumat verib. Ümid edirəm ki, bu texniki problemdir. Əgər Ermənistan qaz və ya başqa istiqamət üzrə problemlə üzləşsə, o zaman biz həll … Read more

Gədəbəyin ucqar kəndlərinə 10-15 sm qar yağıb

Qar

Fevralın 23-ü gecə saatlarından başlayaraq Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına qar yağıb. “Qərb Xəbər” bildirir ki, Daşkəsən rayonunun ucqar dağ kəndlərində qarın hündürlüyü 15-20 santimetrə çatıb. Gədəbəydə ucqar kəndlərə 10-15 sm qar yağıb. Həmçinin, Göygöl rayonunda güclü qar yağıb. Sözü gedən rayonlarda nəqliyyatın hərəkətinə çətinlik yaranmaması üçün yollara qum-duz qarışığı səpilir.

Kəskin hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq

Ypx polis

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarədən verilən xəbərə görə, müraciətdə deyilir: Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından … Read more

İsti çay və digər içkilər xərçəng yaradır?

Images (62)

Ömür boyu isti içkilər –isti çay, isti qəhvə, hətta qaynar şorba xərçəng xəstəliyinin inkşafına gətirib çıxarır. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Onkoloq Mariya Qrenberq məlumat verib. Onun sözlərinə görə, qaynar içkilər mədəaltı vəzidə, boqazda selikli qişanın zədələnməsinə gətirib çıxardır, bu da xərcəng xəstəliyinin inkşafına səbəb olur. Həmçinin o qeyd edib ki, alimlər isti … Read more

Boris Conson NATO-nun Baş katibi vəzifəsinə namizədliyini irəli sürüb

Boris johnson boris conson

NATO-nun hazırkı başçısı Yens Stoltenberq bu ilin sentyabrında vəzifəsini tərk etdikdən sonra Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson alyansın növbəti Baş katibi ola bilər. “Qərb Xəbər” xəbər verir ki, bu barədə britaniyalı diplomatın özü məlumat verib. O, NATO-nun Baş katibi vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb: “Yaxşı fikirdir. Elan etməliyəm ki, belə bir fikir mövcuddur. … Read more

BMT Baş Assambleyası Rusiyaya qarşı qətnamə qəbul edib

Indir 2023 02 24T094023.640

BMT Baş Assambleyası Ukrayna ilə bağlı keçirilən xüsusi sessiyada Rusiyaya qarşı qətnamə qəbul edib. “Qərb Xəbər” in məlumatına görə, sənədin lehinə 141 ölkə, Rusiya, Belarus, Şimali Koreya, Mali, Nikaraqua, Suriya və Eritreya da daxil olmaqla 7 ölkə əleyhinə səs verib. Ermənistan, Hindistan və İran daxil olmaqla 32 nümayəndə heyəti bitərəf qalıb. Qətnamə, xüsusilə, Ukrayna ərazisində … Read more

Şəmkirdə 3 nəfər bıçaqlanıb

Bıçaqqqqqqqqqq

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Bu barədə “Qərb Xəbər” ə  DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. 55 yaşlı Natiq Abbasov qarının kəsilmiş-deşilmiş, 51 yaşlı Sevda Abbasova qulağının və ailənin nəvəsi 9 yaşlı Xədicə Abbasova sifət nahiyəsinin bıçaqlanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə … Read more

Ağstafada yanğın olub, xəsarət alan var

63f83ea0254e163f83ea0254e2167721334429be9380fe7ac64f6a4716d543a61d96

Ağstafada yanğın hadisəsi baş verib. “Qərb Xəbər”in məlumatına görə hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. Sözü gedən küçədə yerləşən binada anidən yanğın olub. Dərhal əraziyə FHN əməmdaşları cəlb olunub.Yanğın söndürüb, yanğının digər ərazilərə küçməsinin qarşısı alınıb. Yanğın zamanı 1977-ci il təvəllüdlü K.Həsənov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir.   Məlumata görə K.Həsənov … Read more

Laçın-Xankəndi yolundakı aksiya 75 gündür davam edir

63f83a94a6d1163f83a94a6d12167721230863f83a94a6d0e63f83a94a6d10

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. “Qərb Xəbər” APA-nın Şuşaya ezam olunmuş müxbirinə istinadən xəbər verir ki, aksiya gecə boyu da davam edib.   Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının … Read more

“Vardanyanı Qarabağdan Azərbaycan Prezidenti qovdurdu” – Natiq Cəfərli

Ilhammmmqq

Ruben Vardanyan separatçıların “dövlət naziri” vəzifəsindən qovuldu. Bu barədə Ermənistana məxsus telegram kanallarında məlumat verilib ki, Araik Arutyunyan Ruben Vardanyanı “dövlət naziri” vəzifəsindən azad edib. Məsələ ilə bağlı Bizim.Media-ya danışan REAL Partiyasının sədr müavini Natiq Cəfərli bildirib ki, Vardanyan faktiki olaraq İlham Əliyevin qərarı ilə vəzifədən azad olundu: “Bu həm Qarabağda yaşayan erməni əslilli azərbaycanlılarla icmalararası … Read more

İranda idman nazirinin olduğu vertolyot qəzaya uğrayıb – FOTO

63f766a74f82063f766a74f821167715805563f766a74f81b63f766a74f81d

İranda içərisində idman nazirinin olduğu vertolyot qəzaya uğrayıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Hadisə şahidlərinin dediyinə görə, vertolyot eniş edərkən idarəetməni itirib. İdman naziri Seyid Həmid Səccadinin vəziyyəti stabildir. O və digər sərnişinlər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

“Azəriqaz”la növbəti görüşün tarixi AÇIQLANDI

63f75e7ad32dd63f75e7ad32de167715596263f75e7ad32db63f75e7ad32dc

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası fevralın 24-ü saat 11:00-da başlayacaq. “Qərb Xəbər” xəbər verir ki, aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Süleyman Soylu: Bölgələrdə axtarış-xilasetmə işləri tamamlanmaq üzrədir

0fba5d21 91a7 38b1 ba57 bf96baf444fd

Türkiyədə zəlzələ baş verən bölgədə sadəcə Hatayda 2 binanın altında cəsəd qaldığını ehtimal edirik. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə Türkiyə daxili işlər naziri Suleynan Soylu bildirib.   O, digər bölgələrdə axtarış-xilasetmə işlərinin tamamlandığını qeyd edib. Nazirin sözlərinə görə, indiyədək təxminən 313 min çadır qurulub, konteynerlərin tikintisinə başlanılıb.

Peşə məktəblərində çalışan müəllimlərin əməkhaqqı artırılıb

1633618725455118608 1000x669

Prezident İlham Əliyev dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış … Read more

Ruben Vardanyan “postu”nu itirib

Ruben vardanyan

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçıların tör-töküntülərinin lideri Araik Arutyunyan saxta “dövlət naziri” Ruben Vardanyanı “tutduğu vəzifədən azad edib”. “Qərb Xəbər” “Report”a istinadən xəbər verir ki, məlumatı “Novosti Armenia” yayıb. Qeyd edək ki, Rusiya vətəndaşlığından çıxarılan milyader Ruben Vardanyan Azərbaycanın bu bölgəsində qanunsuz fəaliyyətlə məşğul olub. Ruben Vardanyan Azərbaycan torpaqlarında milli sərvətlərin qanunsuz istismarı ilə məşğul … Read more