Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Ukrayna Baş Qərargahı: Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir

1677304988 891568 c9bc56c3 1802 3ded 9c6a 1787ed8f21a1 850 450x250

“Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir”. Bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumat bülletenində qeyd olunub. Bildirilib ki, səfərbərliyə cəlb olunanların mümkün fərariliyi və ya təxribatlarının qarşısını almaq üçün xüsusi təyinatlı alayın 200-dək polisi Baxmut istiqamətinə göndərilib. Məlumatda həmçinin Müdafiə Qüvvələrinin bölmələrinin gün ərzində 1 Mi-24 hücum helikopterini və düşmənin 4 hava hücumundan müdafiə … Read more

Xankəndi-Laçın yolunda sülhməramlıların 5 avtomobili maneəsiz keçib

Eb261826 5b84 3133 ad72 98be66639f9e

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 1 hərbi tibbi yardım avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin … Read more

İçməli suyun azalmasına səbəb nədir? – Ekoloq

Su

Artıq 10 ildir ki, Azərbaycanda yağıntının miqdarı azaldığı üçün quraqlıq keçir. Əgər Bakı şəhərinə əvvəl 200 millimetr miqdarında yağıntı olurdusa, indi o da düşmür. Dağlarda qar bu il yağmağa başlayıb. Buna görə növbəti aylarda suyun miqdarı bir az da olsa arta bilər. “Qərb Xəbər” bildirir ki, bunu Axar.az-a ekoloq Telman Zeynalov Azərbaycanda içməli suyun azalmasını şərh edərkən … Read more

Natavan qəsəbəsində məktəb və məktəbəqədər müəssisələr yoxdur

Http 95.86.135.60 bpictures picture149652

1988-ci il Dövlət Planı əsasında salınan Gəncə şəhəri Natavan qəsəbəsində heç bir infrastruktur layihəsi həyata keçirilməyib. 35 ildir qəsəbədə nə məktəb, nə uşaq bağçası, nə də tibb məntəqəsi var. “Qərb Xəbər” bildirir ki, 8 min əhalisi olan qəsəbədə əhali öz övladlarını Gəncənin digər məktəblərinə, qonşu Samux rayonunun məktəblərinə və uşaq bağçalarına göndərir. Dəfələrlə aidiyyatı qurumlara … Read more

Tovuzun kəndləri internetlə təmin edilməyə başlayıb

W 1616772356531062026971 1000x669

“Aztelekom” MMC Tovuz rayonunun Aşağı Öysüzlü, Qazqulu, Bozalqanlı, Abulbəyli, Düz Cırdaxan, Cəlilli kəndlərində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb. MMC-nin mətbuat katibi Alidə Mustafayeva bildirib ki, Tovuz rayonunda, ümumilikdə 5610 ev təsərrüfatı yüksəksürətli internetlə əhatə olunub. Hazırda 1841 abunəçi müvafiq xidmətlərdən yararlanır və yeni qoşulmalar davam edir. Yeni GPON texnologiyasının tətbiqi … Read more

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirəcək

Indir 2023 02 25T095219.446

Yaponiya hökuməti ABŞ və Kanadadan sonra Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirib. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bildirib.   Yeni sanksiyalar fiziki şəxslərin, təşkilatların və Rusiya maliyyə institutlarının aktivlərinin dondurulması ilə bağlı olacaq. İxracına qadağa qoyulan məhsulların siyahısı da genişləndiriləcək. Xüsusilə, dronların istehsalı ilə bağlı müddüalar ora əlavə … Read more

Türkiyədə zəlzələ bölgəsində tikiləcək evlər belə olacaq – FOTO

63f9404a698d663f9404a698d7167727930663f9404a698d463f9404a698d5

Kahramanmaraşda baş verən zəlzələlərin dağıntılara səbəb olduğu vilayətlərdə yeni yaşayış evlərinin tikiləcəyi ərazilər müəyyən edilib. “Qərb Xəbər” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu çərçivədə təyin olunmuş yerlərdə 199 min 739 yaşayış binası və 73 min 972 kənd evi tikiləcək. Bəs yeni evlər necə olacaq? Yaşayış binaları 3-4 mərtəbədən yuxarı olmayacaq və şəhərin tələbatına uyğun … Read more

Şəmkirdə əsgərlərin andiçmə mərasimi keçirilib

75f5ebcb 3dec 3bbf bcdb 0325f96431f4

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə “Qərb Xəbər”ə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Mərasimdə əvvəlcə torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Gənc əsgərlər təntənəli … Read more

Aİ ölkələri Rusiyaya qarşı 10-cu sanksiyalar paketində razılığa gəliblər

Images (63)

Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. “Qərb Xəbər” xəbər verir ki, bu barədə İsveç sədrliyi tviterdə məlumat yayıb. “Paketə daxildir, məsələn: ikili istifadə və texnologiya ilə bağlı daha sərt ixrac məhdudiyyətləri; müharibəyə dəstək verən, təbliğat aparan və ya Rusiyanın müharibədə istifadə etdiyi dronları çatdıran fiziki və hüquqi şəxslərə qarşı … Read more

“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik III oxunuşda təsdiqlənib

Mm bina

Milli Məclis “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişik layihələrini III oxunuşda qəbul edib. “Qərb Xəbər” xəbər verir ki, dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qanuna təklif edilən dəyişikliklə dövlət qulluqçularının rotasiyası üçün yeni qayda müəyyənləşir. Dəyişikliyə əsasən, dövlət qulluqçusunun rotasiyası onun qulluq keçdiyi dövlət orqanının rəhbərinin qəran ilə müvafiq icra hakimiyyəti orqanının … Read more

Ukrayna son 1 ildə Rusiya mifini darmadağın etdi – Şərh

1654253714 1647002501

Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. Ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb və Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başlayıb. Rusiya qoşunları 4 əsas istiqamətdən – şimaldan Kiyev istiqamətində, şimal-şərqdən Xarkov istiqamətində, cənub-şərqdə Donbasdan və cənubda Krımdan Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara … Read more

MM borc müqaviləsi ilə bağlı normaların təkmilləşdirilməsi məsələsini sonuncu oxunuşda qəbul edib

Mm bina

Milli Məclis Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihələrini üçüncü oxunuşda qəbul edib. “Qərb Xəbər”  xəbər verir ki, dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişiklik layihəsinə əsasən, Azərbaycanda borc verilməsinə dair əqd onun məzmununu dəyişməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda yazılı formaya riayət … Read more

Şəmkirdə adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

128b943c a9aa 35da 93ae 4d51397616e8

Şəmkirdə 5 gün əvvəl 64 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə “Qərb Xəbər”ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Belə ki, fevralın 19-da Şəmkir rayon Zəyəm Cırdaxan kənd sakini 1959-cu təvəllüdlü Əntiqə Məmmədovanın öldürülməsi barədə polisə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, … Read more

MM Torpaq Məcəlləsinə dəyişikliyi qəbul edib

1640155751 paytorp

Milli Məclis Torpaq Məcəlləsinə təklif edilən dəyişiklik layihələrini III oxunuşda qəbul edib. “Qərb Xəbər” xəbər verir ki, dəyişiklik layihələri parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, layihəyə əsasən, yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürüləcək. Yay və … Read more

Milli Məclis “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik layihəsini üçüncü oxunuşda təsdiqləyib

Mm bina

Milli Məclis “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik layihəsini üçüncü oxunuşda təsdiq edib. “Qərb Xəbər” xəbər verir ki, dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliyə əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilib. Bu hərəkət üçün dövlət rüsumunun məbləği … Read more

Sabah hava yağmursuz olacaq

Indir 2023 02 24T131619.298

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Qərb Xəbər”ə verilən məlumata görə, lakin 24-dən 25-nə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi 775 mm … Read more

Vəziyyət kritik hal alır, Rusiya ilə danışıqları sürətləndirək!

Indir 2023 02 24T130929.693

Azərbaycan Laçın yolunda gömrük-sərhəd buraxılış məntəqəsi yaratmalıdır. “Qərb Xəbər” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin fevralın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bir neçə gün bundan əvvəl atəşkəs 15 dəfə pozuldu: “O cümlədən Sədərək, Şuşa və Kəlbəcərə atəş açıldı. Problem kifayət qədər ciddiləşib. Ona görə də Laçın … Read more

Rusiyanın bir sıra şəhərlərində Ukraynaya dəstək aksiyaları keçirilir

9df78c1a e9ef 35ac ac83 706a3ab66cd9

Rusiyanın bir sıra şəhərlərində Ukraynaya dəstək aksiyaları keçirilir. “Qərb Xəbər” xəbər verir ki, məlumatı BBC yayıb. Bildirilib ki, Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən aksiya iştirakçıları Ukraynanın dağıdılan şəhərlərinin fotolarını və müharibə əleyhinə tabloları nümayiş etdirirlər. Bundan əlavə, Tomsk şəhərində Ukrayna ilə həmrəylik tədbiri həyata keçirilib. Yerli hakimiyyət şəhər sakinlərinin etiraz aksiyası keçirəcəyini əvvəlcədən bildiyindən ərazilərə … Read more

“Turan Tovuz” “Zirə”yə qarşı

Futbol azarkeş

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura start veriləcək. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq. Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Zirə”ni sınağa çəkəcək. Günün son oyununda isə “Qəbələ” səfərdə autsayder “Səbail”lə üz-üzə gələcək. Bu turun “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” oyunları şənbə, “Qarabağ”– “Neftçi” matçı isə bazar gününə … Read more