Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

İsveç hökuməti NATO-ya qəbula dair qanun layihəsini parlamentə təqdim edib

Indir 2023 03 08T144030.124

İsveç hökuməti NATO-ya üzvlüyə qəbul barədə qanun layihəsini parlamentə təqdim edib. “Qərb Xəbər”in xəbərinə görə, İsveç hökumətinin mətbuat üçün yaydığı məlumatda bildirilib ki, əgər parlament qanun layihəsini qəbul edərsə, Alyansa üzv bütün ölkələrin parlamentləri müvafiq protokolu ratifikasiya etdikdən dərhal sonra İsveç NATO-nun üzvü olacaq.

Zelenski: “Ukrayna Silahlı Qüvvələri Baxmutda əks-hücuma hazırlaşır”

Zelenski

“Ukrayna Silahlı Qüvvələri Baxmutda əks-hücuma hazırlaşır, çünki şəhər mühasirəyə alınmamalıdır”. “Qərb Xəbər” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “İlk növbədə xalqımız haqqında düşünməliyik, heç kəs mühasirəyə düşməməlidir, çünki bu, çox vacibdir”, – o vurğulayıb. V.Zelenski əlavə edib ki, Ukrayna hərbçilərin həyatı haqqında düşünməli, eyni zamanda əks-hücuma hazırlaşmalıdır.

İran Prezidenti Türkiyəyə səfər edəcək

Indir 2023 03 08T133820.466

İran Prezidenti İbrahim Rəisi Türkiyəyə səfər edəcək”. “Qərb Xəbər” xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O, səfərin əvvəlcədən planlaşdırıldığını xatırladıb: “Ancaq səfər Türkiyədə baş vermiş zəlzələyə görə təxirə salındı. Ümid edirəm ki, yaxın vaxtlarda Prezident İbrahim Rəisi ilə türkiyəli həmkarı … Read more

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

64085146c9e9c64085146c9e9d167826669464085146c9e9764085146c9e99

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Egils Levitsin martın 8-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib. Prezident Egils Levits Azərbaycan əsgərlərini salamlayıb. … Read more

Toivo Klaar: Aİ üçün Ermənistanla Azərbaycan arasında vasitəçilik geosiyasi oyun deyil

0604toivoklaar

“Cənubi Qafqaz həm də Aİ-nin qonşuluğundadır və bu regionda sülh, sabitlik və firavanlıq tamamilə bizim marağımıza uyğundur”. “Qərb Xəbər” bildirir ki, bunu APA-ya müsahibəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib. “Biz bütün səylərimizi göstərərək ruslara vurğulamağa çalışmışıq ki, Aİ üçün bu, bir növ, geosiyasi oyun deyil. Xanım Zaxarovanın … Read more

Babayan hədələdi: Azərbaycana inteqrasiya intihar olar

David babayan (1)

Qarabağın erməni icması arasında Azərbaycana inteqrasiya meyillərinin artması erməni separatçı-terrorçuları narahat etməyə başlayıb. “Qərb Xəbər” bildirir ki, separatçıların liderinin “müşaviri” David Babayanın sosial şəbəkədəki paylaşımı bunun bariz nümunəsi hesab edilə bilər. Babayan bildirib ki, cəmiyyət yaxşı anlamalı və hansı missiya yerinə yetirməli olduğunu təsəvvür etməlidir. O, Azərbaycana inteqrasiya tərəfdarı olanların mövcudluğunu bu sözlərlə ifadə edib … Read more

İsraildə ən böyük bayram karnavalı keçirildi – Video

6078801 (1)

Çərşənbə axşamı Tel-Əviv yaxınlığındakı Holon şəhərində yəhudilərin bu günlərdə qeyd olunan Purim bayramı ilə əlaqədar keçirilən karnaval yürüşündə on minlərlə israilli iştirak edib.

Holon Karnavalı İsrailin ən böyük Purim festivalı hesab olunur və 2019-cu ildən bəri ilk dəfə keçirilir. Pandemiya səbəbindən tədbir üç ildir ki, təxirə salınıb.

Təşkilatçıların sözlərinə görə, tamaşaya baxmaq üçün ümumilikdə 100 min seyirçi toplaşıb. Karnavalda akrobatlar, gimnastlar, sirk ifaçıları çıxış ediblər. Onların arasında yerli kollektivlərdən başqa, İspaniya və İtaliyadan gələn qonaqlar da olub. Karnaval çərçivəsində əfsanə qəhrəmanlarını əks etdirən nəhəng personajlar da Holon küçələrini bəzəyiblər.

Qeyd edək ki, ilk belə bayram yürüşü 1912-ci ildə baş tutub. Purim İbrani təqvimi üzrə Adar ayının 14-cü günündə qeyd olunur. Bu il həmin tarix martın 6-dan 7-nə keçən gecəyə təsadüf edib. Bayram Fars İmperiyası ərazisində yaşayan yəhudilərin kütləvi qırğından xilas olduğu uzaq dövrlərin xatirəsini əks etdirir.

Gəncədə ata və övladları dəm qazından zəhərlənib

Dem qazi

Gəncə şəhərində bir ailənin 3 üzvü dəm qazından zəhərlənib. “Qərb Xəbər”in  məlumatına görə, Yeni Gəncə qəsəbəsində şəhər sakinləri – 1979-cu il təvəllüdlü Q.Quliyev və övladları, 2005-ci il təvəllüdlü N.Quliyeva, 2007-ci il təvəllüdlü A.Quliyev yaşadıqları evdə dəm qazından zəhərləniblər. Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Gürcüstan müxalifəti yeni etiraz aksiyasına hazırlaşır

Gürcü etiraz

Gürcüstan müxalifəti çərşənbə günü günortadan sonra Tbilisidə parlament binası qarşısındakı meydanda yeni etiraz aksiyasının keçiriləcəyini elan edib və tərəfdarlarını aksiyada iştirak etməyə çağırıb. Bu barədə müxalif “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze bildirib. Onun sözlərinə görə, polis və xüsusi təyinatlılar qeyri-mütənasib güc tətbiq ediblər. “Bir çox etirazçı saxlanılıb, onların arasında “Qirçi-Daha çox azadlıq” müxalifət partiyasının … Read more

ABŞ Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər

998bbe3fcf2c79e9d3ae8159536ca223

Vaşinqton xarici agentlər haqqında qanun ətrafında yaranmış vəziyyət fonunda Gürcüstan hökumətinin nümayəndələrinə qarşı sanksiyaların tətbiqini istisna etmir. “Qərb Xəbər” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, dinc etirazçıların sərbəst toplaşmaq hüququndan istifadə etməsinə icazə verilməlidir. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə öz növbəsində qeyd edib ki, ABŞ Gürcüstandakı hadisələri … Read more

ABŞ Dövlət Departamentinin sözçüsü istefaya göndərilib

B11ba3e3 b6b7 3da9 b129 15bdb2db082e

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays vəzifəsindən azad edilib. “Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib. Qeyd olunub ki, N.Prays bu ay təqaüdə çıxacaq. Onu müvəqqəti olaraq hazırkı müavini Vedant Patel əvəz edəcək. E.Blinken deyib ki, Prays ABŞ-ın xarici siyasətinin siması və səsi olub: “O, həddindən … Read more

Laçın-Xankəndi yolundakı aksiya 87 gündür davam edir

64082deb9e28464082deb9e285167825764364082deb9e28264082deb9e283

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. “Qərb Xəbər” APA-nın Şuşaya ezam olunmuş müxbirinə istinadən xəbər verir ki, aksiya gecə boyu da davam edib. Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət … Read more

Baxçalıdan Akşenere sərt sözlər: “Bir dəfə satan yenə satacaq”

68a3a0adef47ed093e3049fef5a5622f

Türkiyənin Milliyyətçi Xalq Hərəkatı (MHP) partiyasının sədri Dövlət Baxçalı partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında “İYİ Partiya”nın sədri Meral Akşenerin ünvanına sərt fikirlər səsləndirib. “Qərb Xəbər” xəbər verir ki, MHP lideri deyib ki, Meral Akşener “Altılı masa”ya geri dönməsini prinsipsizlik və gücsüzlükdür. “Masanı dağıdana yenidən stul vermək çürümüş bir siyasətin prinsipsizliyi deyil? Bir dəfə satan … Read more

ABŞ-da səfərdə olan Zurabişvili ölkədə baş verənlərə münasibət bildirdi…

9930967a8963ffa0b1ef2b71839b6078

“Bu qanun heç kimə lazım deyil, Moskvanın diktəsindən başqa heç bir şey deyil. Bu qanun Venesiya Komissiyasına göndərilməməli və ləğv edilməlidir”. “Qərb Xəbər” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ-da səfərdə olan ölkə prezidenti Salome Zurabişvili vətəndaşlara müraciətində deyib. Prezidentin sözlərinə görə, Rustaveli prospektinə toplaşan əhali azad Gürcüstanı təmsil edir: “Bu axşam mənim … Read more

8 Marta Özəl: Qazaxda Sorğu

Mq3

8 mart -Beynəlxalq Qadınlar Günü — Hər il bu tarixində qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınır.  Bu bayram-qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmiş bayramdır. 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonal qurultayında 8 martın dünya qadınlar günü olması qəbul edildi. Təklifin müəllifi Kılara Setkin adlı yəhudi əsilli Alman sosyalist qadın idi. O, bunu 52 il əvvəl 1857ci ildə ABŞ-ın Nyu-York şəhərində  8mart günündə yandırılaraq öldürülən 129 qadının xatirəsini yaşatmaq üçün irəli sürdü. 

 Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda 8 mart Beynəlxalq Qadınlar Günü qeyri iş günü kimi qeyd edilir.  Bəs,görəsən vətəndaşlarımız bu günün  yaranma tarixi, əsl mahiyyəti barədə xəbərdardırlarmı? Bununla bağlı “Qərb Xəbər” reportyor qrupu olaraq Qazax şəhərində vətəndaşlar arasında sorğu keçirdik. 

 

Biz də öz növbəmizdə “Qərb Xəbər” və “Radio Qərb”  olaraq bu gün saytımızın qadın əməkdaş və könüllülərini ofisimizə dəvət edərək 8 mart Beynəlxalq qadınlar gününü qeyd etdik.Bayramınız mübarək əziz xanımlar!

 

Borrel: “Xarici agentlər” haqqında qanun Gürcüstanın Aİ-yə üzvlük istəyinə ziddir

6407b0f76c6016407b0f76c60216782256556407b0f76c5fd6407b0f76c5fe

Xarici agentlər haqqında qanunun gürcü dilindəki variantının qəbulu Gürcüstan və onun xalqı üçün pis hadisədir və Tbilisinin Avropa İttifaqına daxil olmaq istəklərinə ziddir. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin yaydığı bəyanatda deyilir.

KİV: Tbilisidə etiraz aksiyası zamanı 50 nəfər saxlanılıb

4ad100a73d83559e3eabdb1c840cf74e

Ötən gün Tbilisidə parlament binası qarşısında keçirilmiş etiraz aksiyası zamanı 50 nəfər saxlanılıb. “Qərb Xəbər” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar arasında müxtəlif siyasi partiyaların liderlərinin də olduğu bildirilir. Polislə qarşıdurma zamanı bir neçə avtomobilə od vurulub, qanunverici orqanın pəncərələri sındırılıb. Gürcüstan Daxili işlər nazirliyi etirazçılarla yanaşı polis əməkdaşları arasında xəsarət alanların olduğu bildirir. … Read more

BMT-nin Baş katibi Ukraynada

64077520c132d64077520c132f1678210336636b8579f1e86e2582ee11a8ca0faec9

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynaya səfərə gedib. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə Baş katibin ofisi məlumat verib. “Baş katib bu gün səhər saatlarında Polşaya gəlib və indi o, artıq Ukraynadadır və prezident Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gedir”, – deyə Ofisdən bildirilib.

8 Mart Beynəlxalq Qadınlar Günüdür

Cd5b71ae 8152 49a6 9927 3efe4d8a8fc6

Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Mahiyyət etibarilə qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart … Read more