bolgeninsesi
Ermənistanda Azərbaycan əsgərlərinin tutulması və saxta xəbərlər
Bu gün saysız hesabsız saxta xəbər yayılır bu mövzuda. Əsas mənbə Ermənistan mediasıdır, aktiv yayanlar da Azərbaycan mediası və fərdlərdir. Real fakt: 2 nəfər əsgər tutulub. Bu gün ortaya çıxarılan videoda Azərbaycan əsgərinə işgəncə verilməsi kadrları yayılıb. Şübhəli məqamlar: Ermənistan mediası 3-4 “dəqiq” məlumat yayıb. Birinə görə saxlanılan əsgər Şəhərcik (ermənilər adını Şğarjik adlandırırlar) qəsəbəsində … Read more
Ermənistanda hərbi tibbi avtomobil yük maşını ilə toqquşub, yaralananlar var
Ermənistanda hərbi təcili tibbi yardım avtomobili ilə yük maşınının toqquşması nəticəsində ambulansın sürücüsü və iki tibb işçisi yaralanıb. “Qərb Xəbər” “Shamshyan”a istinadən bildirir ki, ölkənin Müdafiə Nazirliyi faktı təsdiqləyib. Hadisə Zəngəzurda İrəvan-Mehri avtomobil yolunun 181-ci km-liyində baş verib. Məlumata görə, avtomobillər toqquşub qaz kəmərinə dəyərək dərəyə aşıb. Yaralı hərbçilər Qarakilsə rayonu ərazisindəki hospitala yerləşdiriliblər. Ermənistan … Read more
Azərbaycan ağırlıqqaldıranlarının İrəvandakı Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub
Azərbaycan ağırlıqqaldıranlarının Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub. “Qərb Xəbər” Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilk olaraq körpücük üzərinə Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı aprelin 15-də qüvvəsini sınayacaq. Kişilərin yarışında 67 kq çəkidə çıxış edəcək İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı … Read more
Laçın-Xankəndi yolundakı aksiya 124 gündür davam edir
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. “Qərb Xəbər” APA-ya istinadən xəbər verir ki, ictimai fəallar aksiyanı gecəboyu da davam etdiriblər. Onlar həmişəki kimi günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə … Read more
Bu gün Səmərqənddə MDB XİNŞ iclası keçiriləcək
Bu gün Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası keçiriləcək. “Qərb Xəbər” xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin saytında bildirilib. İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir. Görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB çərçivəsində qarşılıqlı … Read more
Danilov 1991-ci il sərhədləri bərpa olunmayana qədər müharibənin dayandırılmayacağını açıqlayıb
Ukrayna Ordusunun planları, xüsusən də əks-hücum planları ilə bağlı hər hansı gümanların heç bir əsası yoxdur. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Oleksiy Danilov telemarafonun efirində bildirib. Qurum rəsmisi qeyd edib ki, hər şey son anda qərar veriləcək. “Müdafiəçilərimizin cəbhədə hadisələrin inkişafı variantı nə bir, nə … Read more
Tramp ifadə vermək üçün Nyu-York Baş Prokurorluğuna gəlib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp sahibi olduğu “Trump Organization” şirkətində iddia olunan maliyyə fırıldaqçılığı işi üzrə ifadə vermək üçün Nyu-York ştatının baş prokuroru Letisiya Ceymsin ofisinə gəlib. “Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Bu iş ötən həftə respublikaçıya qarşı irəli sürülən maliyyə fırıldaqçılığı ittihamı ilə bağlı deyil. 2022-ci … Read more
Müharibədən sonra 142 nəfər mülki təyinatlı obyektlərdə mina partlayışından həlak olub və yaralanıb
Müharibədən sonrakı dövrdə mina partlayışından xəsarət alan 290 nəfər vətəndaşımızdan 142 nəfəri həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb. Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. İşğaldan azad edilmiş ərazilərdə aparılan davamlı fəaliyyət nəticəsində mülki təyinatlı torpaqların, viran edilmiş yaşayış məskənləri, məzarlıqlar, bağlar, su mənbələrinin ətrafı və … Read more
Ayxan Hacızadə: “Nikol Paşinyanın iddiaları tamamilə əsassız və qəbuledilməzdir”
“Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 13-də hökumət iclasında çıxışı zamanı Laçın istiqamətində baş vermiş son təxribatda məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atması, Azərbaycanı Praqa və Soçi görüşləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmaqda təqsirləndirməsi tamamilə əsassızdır və qəbuledilməzdir”. “Qərb Xəbər” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol … Read more
Aİ səfiri: “Azərbaycan hərbçisinə qarşı kobud rəftarın görüntüləri təəssüf doğurur”
“Bütün məhbuslarla beynəlxalq humanitar hüquqa uyğun davranılmalıdır”. Bunu “Qərb Xəbər”ə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko deyib. O, Azərbaycan hərbçisinə qarşı qeyri-insani rəftarın əks olunduğu videogörüntüləri “çox təəssüfləndirici” adlandırıb. Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb. Qeyd edək ki, Azərbaycan … Read more
Milli Məclisin sədri: “Ermənistan regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir”
“Ermənistan regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir”. “Qərb Xəbər” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyib. Onun sözlərinə görə, Ermənistanın 11 aprel tarixində törətdiyi hərbi təxribatın beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi İrəvanın sülh … Read more
Avropa İttifaqı “Vaqner” və RİA agentliyini sanksiya siyahısına daxil edib
Avropa İttifaqı Rusiyanın “Vaqner” özəl hərbi şirkəti və RİA FAN-ı (Rusiya Beynəlxalq İnformasiya Agentliyi “Federal xəbər agentliyi”) sanksiya siyahısına daxil edib. “Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə normativ aktlar aprelin 13-də yayılıb. Bildirilib ki, barələrində məhdudlaşdırıcı tədbirlər tətbiq olunan fiziki və hüquqi şəxslərin, təşkilat və orqanların siyahısına bu iki hüquqi şəxs də … Read more
Nərminin qətli ilə bağlı yeni faktlar
Məhkəmədə vəkillərlə prosesə sədrlik edən hakim Dadaş İmanov arasında mübahisə yaranıb. Hakim bildirib ki, indiyədək dindirilmiş ekspertlər kifayətdir. Vəkillər isə deyiblər ki, onlar dekabr ayında əlavə şahidlərin dindirilməsi barədə qaldırdıqları vəsatətdə rəy vermiş bütün ekspertlərin dindirilməsi məsələsini qoyublar, o zaman vəsatətləri təmin edilib. Hakim Dadaş İmanov təklif edib ki, vəsatətləri yenidən versinlər, məhkəmə bir daha … Read more
Xankəndidə generalların gizli toplantısı baş tutub – Plan nədir?
Xankəndidəki separatçıların rəhbəri Araik Arutyunyan “güc strukturlarının nümayəndələrinin” iştirakı ilə “iclas” keçirib. “Qərb Xəbər” bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Görüş zamanı Arutyunyan erməni generallara tapşırıq versə də, bunun nədən ibarət olduğu açıqlanmayıb. “İclasa” generallarla yanaşı separatçı “administrasiyanın rəhbəri” Karen Şahramanyan və “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyan da qatılıb.
Ararat Mirzoyan Özbəkistana səfərə gedir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Özbəkistana işgüzar səfərə gedir. Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb. Bu gün başlayacaq səfər zamanı Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. İclas zamanı nazirlər beynəlxalq və regional mövzuları müzakirə edəcəklər.
Ağstafada arvadını döyərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ağstafada arvadını döyərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə “Qərb Xəbər”ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. Məlumata görə, aprelin 8-də Ağstafa rayon sakini, 1988-ci il təvəllüdlü Günel Məmmədovanın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Rayon Polis Şöbəsində araşdırmalar başlanılaraq müvafiq ekspertiza təyin … Read more
Şəmkir, Tovuz və Ağstafada şimşək çaxıb, intensiv yağış yağıb
Azərbaycanda faktiki hava şəraiti açıqlanıb Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, aprelin 13-ü saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şahdağ, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında yağıntılar intensiv olub. Sel: Yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan sel keçib. Külək: Şimal-qərb küləyi arabir Naftalanda 26 m/s, … Read more
Bosniya və Herseqovina lideri: Azərbaycanda səfirliyin açılması üçün XİN-ə təlimat vermişik
Bu gün bizim imzaladığımız Bəyannamə ilə biz strateji tərəfdaşa çevrilmişik. Bu Bəyannamə bizə imkan verəcək ki, daha sıx siyasi dialoq həyata keçirək, eyni zamanda, daha səmərəli iqtisadi əməkdaşlıq edək. Bunu Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç deyib. O bildirib ki, bunun sayəsində biz – işgüzar dairələr, … Read more
Azərbaycan Bosniya və Herseqovinada investisiya layihələrində iştirak edə bilər
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dünyanın bir çox ölkələrində investisiya layihələri ilə çıxış edib və bu xüsusda Bosniya və Herseqovinada da müxtəlif investisiya layihələrində iştirak edə bilər. Azərbaycanın təbii qazının Balkan regionu və Bosniya və Herseqovinanın qonşu ölkələrinə ixrac edildiyi vurğulanaraq, gələcəkdə enerji sahəsində əməkdaşlıq imkanlarının mümkünlüyü qeyd olunub. Dövlət başçısı bildirdi ki, həm … Read more