Laçın-Xankəndi yolundakı aksiya 124 gündür davam edir
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
“Qərb Xəbər” APA-ya istinadən xəbər verir ki, ictimai fəallar aksiyanı gecəboyu da davam etdiriblər. Onlar həmişəki kimi günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı