Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Səməd Seyidov: “Ermənistan danışıqlar prosesinə də bu cür yanaşır”

1666078480 semed seyidov

“Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyirik”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tviterdə yazıb. O bildirib ki, Ermənistan təhlükəsizliyinin təmin olunması üçün vəd versə də, mənfur hərəkətin qarşısının alınması üçün heç bir addım almayıb: “Ermənistan danışıqlar prosesinə də bu cür yanaşır, … Read more

Daha gənc və ya yaşlı görünmənin SİRRİ

Indir 2023 04 15T120818.651

Bəzi insanların öz həmyaşıdlarından daha yaşlı və ya gənc görünməsinin bəzi sirləri var. “Qərb Xəbər”in xəbərinə görə, Hollandiyada aparılan araşdırmada real yaşından ən az 5 yaş kiçik görünənlərin idrak qabiliyyətlərinin digərlərinə nisbətən daha çox inkişaf etdiyi sübut olunub. Onlar həmçinin yaşa bağlı xəstəliklərdən 25 faiz daha az əziyyət çəkirlər. Daha yaşlı görünən insanlarda yaşla bağlı xəstəliklərin … Read more

Türkiyənin ilk müşahidə peyki orbitə buraxılıb

3caac9a2 5ce2 3edb 814a 722decade721

Türkiyənin ilk müşahidə peyki olan İMECE ABŞ-ın Kaliforniyadakı Vandenberq bazasından orbitə buraxılıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb. Buna qədər bir neçə dəfə təxirə salınmış raket buraxılışı “SpaceX” tərəfindən cümə günü yerli vaxtla saat 23:47-də həyata keçirilib. Türkiyənin müdafiə naziri Hulusi Akar daha əvvəl TRT-də çıxışı zamanı peykin imkanlarından hərbi … Read more

Azərbaycan XİN: “Ermənistan tərəfi nifrət zəminində cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir”

Xin1

“Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir”. Bu barədə Azərbaycan XİN-in yaydığı açıqlamada qeyd edilib. “Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, onun sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq … Read more

Komando bölmələri praktiki atış çalışmalarını icra edib

986c9f62 1159 3058 9410 379a5927d0fa

2023-cü ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrində atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Atıcı silahlardan, eləcə də döyüş maşınlarının ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra edilib. Çalışmalarda əsas diqqət hərbi qulluqçuların silahlardan istifadə bacarıqlarının artırılması və döyüş vərdişlərinin … Read more

Azərbaycan millisi İrəvanda məskunlaşdığı oteldən buraxılmır

Ermenistan hokumeti yeni

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Ermənistanın paytaxtı İrəvanda məskunlaşdığı oteldən buraxılmır. Bu barədə gənclər və idman naziri Fərid Qayıbov paylaşım edib. Nazir bildirib ki, ağır atletika üzrə Avropa çempionatı üçün İrəvana yollanan Azərbaycan nümayəndələrinin hazırda mətbuata çıxışı yoxdur. “İrəvandakı ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı vəhşilik törədilib, Azərbaycan bayrağı yandırılıb. Bu, qəbuledilməzdir və Ermənistanın … Read more

Ledi Qaqa Baydenin müşaviri təyin edildi

1681449559 ht biden dc 102617 16x9

Məşhur müğənni Ledi Qaqa ABŞ prezidenti Co Baydenin mədəniyyət və incəsənət üzrə yeni müşaviri təyin olunub. Ağ Evdən verilən yazılı açıqlamada Baydenin Prezidentin mədəniyyət və incəsənət siyasəti ilə bağlı məsləhətlər verən İncəsənət və Humanitar Elmlər Komitəsinə təyin etdiyi yeni adlar açıqlanıb. Buna uyğun olaraq, məşhur prodüser Bruce Cohen və məşhur müğənni Ledi Qaqanın həmsədrlik edəcəyi … Read more

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

2016 10 21 15 55 54iran azerbaycan bayraqlar

14 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. “Qərb Xəbər” bildirir ki, telefon danışığı zamanı, nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər. Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin … Read more

Tovuzda qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

643a45a9b7bbd643a45a9b7bbe1681540521643a45a9b7bb8643a45a9b7bba

Tovuzda qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qəbiristanlıqlardan silsilə oğurluq etməkdə şübhəli bilinən rayon sakini Mehman Hüseynov saxlanılıb. Araşdırmalar zamanı həmin qəbiristanlıqlardakı mərmər sexlərinin birində işləyən M. Hüseynov cari ilin müxtəlif vaxtlarında 15-ə yaxın qəbir … Read more

Kolbasa və sosiska məhsullarında nöqsanlar aşkarlanıb

0a32d492 16bd 40d5 b556 57a331eff322

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsulları ilə bağlı aşkarlanmış yeni uyğunsuzluqlarla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, AQTA tərəfindən “Monitorinq Planı”nın icrası məqsədilə kolbasa və sosiska məhsulları üzrə aparılan nəzarət tədbirləri davam etdirilir. Belə ki, cari dövr ərzində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 70-i kolbasa, 39-u sosiska olmaqla, ümumilikdə 109 … Read more

Fazil Mustafaya sui-qəsdin görüntüləri

Fazil mustafa deputat

Milli Məclisin deputatı Fazil Mustafanın olduğu avtomobilin atəşə tutulması ilə bağlı sensasion görüntülər yayılıb.

“Qərb Xəbər” bildirir ki, bu barədə haqqın.az məlumat verib.

Məlumata görə, görüntülər deputatın evinin yaxınlığında quraşdırılan müşahidə kameralarından biri tərəfindən qeydə alınıb.

Həmin görüntüləri təqdim edirik:

Ermənistanda saxlanılan Azərbaycan əsgərləri ilə bağlı yeni xəbər

Photo

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisinin məsələsi barədə məlumatlıdır. “Qərb Xəbər” bildirir ki, bunu APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. O bildirib ki, BQXK ailələr və müvafiq qurumlarla əlaqədədir: “Məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı … Read more

Xələf Xələfov: Azərbaycan Ermənistandan normallaşma istiqamətində real addımlar gözləyir

408249465 0 104 2000 1229 1920x0 80 0 0 72cde4fb1724ca971cd20eafdf0f72a7

Azərbaycan Ermənistandan normallaşma istiqamətində real addımlar gözləyir. Bunu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirlərinin məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı bildirib Çıxışında Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması ilə bağlı erməni tərəfinin fərziyyələri ilə bağlı məsələyə aydınlıq gətirən nazir müavini Azərbaycanın təbii sərvətlərinin … Read more

KİV: “Rusiya Ukraynanın ehtimal olunan əks-hücumuna hazırlaşır”

Indir 2023 04 15T095025.806

“Rusiya Ukraynanın ehtimal olunan əks-hücumuna hazırlaşır”. “Qərb Xəbər” xəbər verir ki, bu barədə “Sky news” məlumat yayıb. Bildirilib ki, Rusiyada hərbi çağırışçılarla bağlı qəbul olunan yeni qanundakı məhdudlaşdırıcı qərarlar da bununla bağlıdır: “Bununla yanaşı, Rusiya hakimiyyəti növbəti səfərbərliyi planlaşdırmadığını bildirir. Kreml sözçüsü Dmitri Peskovun sözlərinə görə, qəbul edilmiş yeni qanun sadəcə hərbi çağırış sistemindəki qarışıqlığı … Read more

Çin yerüstü raketdən müdafiə sistemini sınaqdan keçirib

643a0c4809c9e643a0c4809c9f1681525832643a0c4809c9c643a0c4809c9d

Çin yerüstü raketdən müdafiə sistemini sınaqdan keçirib. “Qərb Xəbər” xəbər verir ki, bu barədə cümə günü Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin WeChat sosial şəbəkəsində dərc olunmuş mesajında bildirilib. “Çin öz ərazisində orta mənzilli raketləri ələ keçirmək üçün yerüstü sistemi sınaqdan keçirib və qarşıya qoyulan məqsədlərə nail olunub”, – Müdafiə Nazirliyinin xəbərində deyilir. Həmçinin vurğulanıb ki, … Read more

Laçın-Xankəndi yolundakı aksiya 125 gündür davam edir

643a293593636643a2935936371681533237643a293593634643a293593635

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. “Qərb Xəbər”APA-ya istinadən xəbər verir ki, ictimai fəalar aksiyanı gecə boyu davam etdirib. Bu gün də günə Azərbaycan Dövlət Himnin səsləndirməklə başlayıb. Qeyd … Read more

ABŞ sentyabrda Ukraynaya dəstək üçün 4,9 milyard dollar ayıracaq

Indir 2023 04 15T092512.033

ABŞ 2023-cü ilin sentyabrında Ukraynaya maliyyə yardımı olaraq 4,9 milyard dollar ayıracaq. “Qərb Xəbər” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Qeyd olunub ki, Amerika Birləşmiş Ştatları Dünya Bankının mexanizmləri vasitəsilə Ukrayna hökumətinə 18 milyard dollar büdcə dəstəyi verib: “Sentyabrda əlavə 4,9 milyard dollar əldə etmək mümkün olacaq”,- məlumatda vurğulanıb. Bir müddət … Read more

Makron pensiya islahatları barədə qanun layihəsini imzalayıb

83c5f3cd cb37 374b afb9 5eb5266458dc

Fransa prezidenti Emmanuel Makron pensiya islahatları barədə qanun layihəsini imzalayıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb. Qeyd olunub ki, artıq sənəd Fransanın rəsmi qəzetində dərc olunub. Xatırladaq ki, Fransa hökuməti martın 16-da Konstitusiyanın 49.3 maddəsindən istifadə edərək Milli Assambleyada səsvermədən yan keçməklə, təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan … Read more

Fransada pensiya islahatının Konstitusiya Şurası tərəfindən təsdiqindən sonra iğtişaşlar başlayıb

1ee3ef06 162d 32ae 8d12 c62d632b8d3d

Fransanın bir sıra şəhərlərində keçirilən etiraz nümayişləri Konstitusiya Şurasının pensiya islahatlarının əsas müddəalarını təsdiq edən qərarından sonra iğtişaşlara və polislə toqquşmalara çevrilib. “Qərb Xəbər” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən BFM telekanalı məlumat yayıb. Parisdə kortəbii etiraz aksiyasında 4 minə yaxın insan iştirak edib. Bir neçə nümayişçi qrupu meriyanın binası qarşısına toplaşıb. … Read more

Ermənistandan növbəti vandallıq: İrəvanda Azərbaycan bayrağı yandırılıb

6d0f420c f9a8 37df 9cab 6ff9614d53ff

Ermənistan silahlı qüvvələrinin 11 aprel təxribatının ardınca növbəti dəfə Azərbaycana qarşı vandallıq aktı törədilib. Belə ki, Ermənistanın paytaxtı İrəvanda Azərbaycan bayrağı yandırılıb. “Qərb Xəbər” Ermənistan mətbuatına istinadən xəbər verir ki, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı olub. Azərbaycan üçüncü ölkə elan edilib. Azərbaycan bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə qaçaraq qızın … Read more