Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

İsrail parlamenti Cənubi Azərbaycanla bağlı müraciət edib

Knesset 670x403

İsrail parlamentinin 32 deputatı Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Bu barədə “Güney Azərbaycan” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, İsrail parlamentinin – Knessetin üzvləri Güney Azərbaycanın müstəqilliyi uğrunda hərəkata beynəlxalq dəstək verilməsi xahişi ilə XİN-ə müraciət göndərib. Rəsmi müraciətə 32 deputat – Knessetin bütün üzvlərinin dörddə biri imza atıb. Onlar İsrail … Read more

Ceyhun Bayramovla Mirzoyan arasında danışıqlar davam edir

1683028532 msg992538248

Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar davam edir. Bu barədə informasiyanı Telegram kanalı yayıb. Xatırladaq ki, ötən gün ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Sonra Bayramov-Mirzoyan görüşü baş tutub. Günün əvvəlində isə Entoni Blinken azərbaycanlı və … Read more

Döyülərək öldürülən 7 yaşlı uşağın babası: “Uşağın içalatı yoxdur, qırılıb hər şeyi

Photo

“Dünənki videoya (sosial şəbəkələrdə yayılan görüntülər – red.) baxdım və təfərrüatları öyrəndim. Qızım uşağı idmana aparıb, orda görüb ki, halı pisləşir. Anası içəri daxil olub, məşqçi anasını qovub. Deyib ki, idmandır da, burada heç nə yoxdur. Çıxandan sonra görüb ki, uşağın halı yoxdur”.

“Qərb Xəbər” bildirir ki, bunu döyülərək öldürülən 7 yaşlı uşağın babası İctimai Televiziyaya açıqlamasında deyib.

O bildirib ki, uşaq məktəbdən evə gətirildikdən sonra vəziyyəti pisləşdiyi üçün xəstəxanaya aparılıb:

“Müəllim deyib ki, çox qaçıb, yorulub. Uşağı halsız vəziyyətdə evə gətiriblər. Bundan sonra xəstəxanaya aparıblar. Orada həkim deyib ki, bunun içalatı yoxdur, qırılıb hər şeyi, beyin hissəsi dağılıb, bu uşaq yoxdur. Eləcə uşaq xəstəxanada keçinib”.

Xatırladaq ki, hadisə H.Z.Tağıyev qəsəbəsində, 19 nömrəli məktəbin idman zalında baş verib. Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış samboçu Mehman Xəlilov məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə azyaşlının boynu qırılıb. O, Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Şəmkirdə quş kəsimi müəssisəsində nöqsanlar aşkarlanıb

F7dd5ecd 7217 3b6d 952c 0a42e2cf03b7

Şəmkirdə quş kəsimi müəssisəsində nöqsanlar aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən fiziki şəxs Musayev Vahid Məstan oğluna məxsus quş kəsimi müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, quş ətinin baytarlıq … Read more

Tovuzda qanunsuz ağac kəsiminə görə cinayət işi başlanıb

Agac kesen 220120

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın beş rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, araşdırmalar zamanı Qəbələ, Goranboy, Tovuz, Yardımlı və Lerik rayonu ərazisində ümumilikdə 65 ədəd ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə xeyli və külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd … Read more

Qazax RPŞ-də kadr dəyişikliyi olub

Polis

Qazax Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub. “Qərb Xəbər” bildirir ki, bununla bağlı Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən polis mayoru Yusifzadə Çingiz Əşrəf oğlu Qazax RPŞ-nin İstintaq Bölməsinin rəisi vəzifəsindən azad olunaraq həmin şöbənin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Erməni keşişlər Xudavəng monastırını tərk etməlidir – RƏSMİ

1683021064 xudav

“Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, səbəb onların monastra aidiyyətlərinin olmamasıdır: “Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastrı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey yoluna qoyulacaq. Ermənilərin ora aidiyyəti yoxdur”.

Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüşüb

6450e0771bdc16450e0771bdc216830219436450e0771bdbf6450e0771bdc0

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüşüb. “Qərb Xəbər” bildirir ki, onlar Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Müharibə veteranlarının müavinətinin 130 manata çatdırılması təklif olunur

Pul

Azərbaycanda müharibə veteranlarına verilən müavinətin 80 manatdan 130 manata çatdırılması təklif olunur. “Qərb Xəbər”in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, müharibədən sonrakı müddətdə kommunal xərclərin qiymətində müəyyən dəyişikliklər olub: “I və II Qarabağ müharibəsinin 80 mindən çox veteranı var. Onlar da … Read more

Rusiya Polşaya nota verib

Indir 2023 05 02T132849.476

Rusiya Polşaya etiraz notası verib. “Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, buna səbəb Polşanın paytaxtı Varşavada rus dilində tədris verən məktəbə hücum cəhdidir.

Ermənistan parlamenti Qarabağ separatçıları ilə birgə iclasdan imtina etdi

Ermenistan parlamenti 660x403

Ermənistan parlamenti Qarabağ separatçıları ilə birgə iclas keçirməkdən imtina edib. Bu barədə erməni qəzeti “Hraparak” məlumat yayıb. Nəşrin mənbələrinin məlumatına görə, separatçılar birgə parlamentlərarası komissiyanın iclaslarının çağırılması ilə bağlı Ermənistan parlamentinə bir neçə rəsmi, o cümlədən onlayn rejimdə görüş keçirmək üçün sorğu göndərib. Lakin Ermənistan parlamentinin rəhbərliyi bu müraciətlərə cavab verməyib. Onların susqunluğu görüşdən imtina … Read more

Sumqayıtda baş verən hadisə Milli Məclisdə müzakirə olunub

Milli məclis

“Gənclər və İdman Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar Sumqayıtda məşq zamanı uşağın ölməsi məsələsi ilə bağlı müvafiq addımlar atmalıdır”. “Qərb Xəbər” bildirir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin mayın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, Sumqayıt idman məktəbində məşqçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır: “Gənclər və İdman Nazirliyi … Read more

Hafiz Paşayev: “Beynəlxalq ictimaiyyətin Bakı-İrəvan münasibətlərinin normallaşdırılması istiqamətində səyləri yüksək qiymətləndirilir”

Hafiz

“Beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səyləri yüksək qiymətləndirilir”. Bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransın iştirakçılarının suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, Bakı ilə İrəvan münasibətləri normallaşdırmağa çalışır və … Read more

Azərbaycan Ordusunda döyüş atışlı təlimlər davam edir – Video

Ordu təlim

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına müvafiq olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə keçirilən döyüş atışlı taktiki təlimlər davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, plana əsasən bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb. Daha sonra atəş mövqelərini tutaraq reaktiv yaylım atəşi sistemi, özüyeriyən haubitsalar və artilleriya qurğularından döyüş atışları icra … Read more

Şəmkirdə avtomobillər toqquşub

Car crash qəza

Şəmkir şəhərində biri uşaq olmaqla üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hadisə Şəmkir şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birinin önündə baş verib. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Gədəbəy rayon sakinləri – 1984-cü il təvəllüdlü Sabuhi Abbasov, onun övladı 2012-ci il təvəllüdlü Z Abbasova və 1977-ci il təvəllüdlü Zeynəb Abbasova xəsarət … Read more

Blinken Lavrovla danışıq planlaşdırmır – Dövlət Departamenti

1119074

ABŞ dövlət katibi Entoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla əlaqə saxlamaq fikri yoxdur. Bu barədə brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib. “Xarici işlər naziri Sergey Lavrovla görüşmək və ya başqa formada əlaqə saxlamaq planımız yoxdur. Dövlət katibi bir ay əvvəl onunla telefonla danışmaq imkanı əldə edib. O, qeyri-qanuni … Read more

Ayxan Hacızadə: “Azərbaycanla Ermənistan arasında sülhün vaxtı çatıb”

Ayxan

“Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü və suverenliyə əsaslanan sülhün vaxtı çatıb”. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə tviterdə bildirib. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb. XİN başçıları arasında ikitərəfli görüş Vaşinqtonda keçirilir.

Azərbaycan bir daha Ermənistanı Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırıb

1650888821 azerbaycan ermenistan

Ermənistanın hələ Üçtərəfli bəyanatı imzalayan zaman üzərinə götürdüyü öhdəlik çərçivəsində Naxçıvanın Sədərək rayonunun Kərki və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndlərini azad etmək əvəzinə, bu kənlərin Azərbaycana məxsusluğunu sual altına qoyması bu ölkənin hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini göstərir. Bu barədə XİN-dən bildirilib. Qeyd edilib … Read more