Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Müəllimlərin sertifikasiya imtahanı başlayıb

Imtahan

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə başlanılıb. Sertifikatlaşdırmanın test imtahanı mərhələsi ölkənin 13 müxtəlif şəhərində 23 imtahan mərkəzində təşkil olunub. Qaydaların tələblərinə müvafiq olaraq, test imtahanı ilə bağlı məlumat mayın 18-də iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bütün ölkə üzrə 20-23 iyun tarixlərində 20 000-ə yaxın təhsilverən ibtidai sinif, … Read more

Ermənistanın sərhəddə zavod tikməsinin səbəbi nədir?

Zavod

“Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgindir, iki ölkə arasında sülh sazişi imzalanmayıb, sərhəd müəyyənləşməyib, Zəngəzur dəhlizi açılmayıb. Belə olan halda Ermənistan hökuməti hansı məntiqlə sərhəddən təxminən 500 metr məsafədə olan ərazidə böyük metallurgiya zavodu inşa etməyə qərar verib?” Bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, zavodun tikilməsi üçün məhz o yerin seçilməsi tərəddüd doğurur: “Bu sualı … Read more

Ermənistan ordusu intensiv məşqlərə başladı

Ermeni qadin herbci

Ermənistan ordusunda döyüşə hazırlıq vəziyyətinin yoxlanılması davam etdirilir. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, təlimlərə ümumqoşun ordusu bölmələri, əlahiddə qoşun növləri, o cümlədən xüsusi təyinatlı qüvvələr, hərbi texnikalar cəlb edilib. Təlimlər çərçivəsində silahlı qüvvələrin təchizat və idarəetmə məsələləri yoxlanılıb. Globalinfo.az

Son sutkada Rusiyanın 28 “Shahed” PUA-sı məhv edilib

46d2ee65 2138 3bf5 90fb 0dde4ca16531 850 (2)

Son sutkada Rusiyanın İran istehsallı 28 “Shahed” PUA-sı məhv edilib. “Qərb Xəbər” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından bildirilib. Qeyd olunub ki, ruslar ümumilikdə 30 PUA ilə Ukrayna ərazisinə hücum ediblər. Məlumata görə həmçinin Rusiya ordusu S-300 raketləri ilə Zaporojye vilayətini hədəf alıb. Hücumun nəticələri dəqiqləşdirilir.

Rezidenturaya qəbul imtahanının 2-ci cəhdi üçün qeydiyyat başlayıb

270a4ce6 fd6f 4d12 b280 ebde57aaf2de 850 (1)

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlayıb. “Qərb Xəbər” xəbər verir ki, namizədlərin qeydiyyatı iyulun 4-ü saat 23:59-dək internet vasitəsi ilə aparılır. May ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına … Read more

Qeyri-sabit hava şəraiti iyunun 24-dək davam edəcək

6491372ebdc346491372ebdc3616872384460d37c89cc33a9a649fa248d04582f6e7

Bu günün hava şəraiti haqqında məlumat açıqlanıb. Bu barədə “Qərb Xəbər”ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bakıda və Abşeron yarımadasında iyunun 20-si gündüzdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyunun 24-dək davam edəcək. Bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi … Read more

Tbilisidə Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı keçiriləcək

F47a04d22cd834af223818a92a94c4e0

25 iyun tarixində Tbilisidə Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı keçiriləcək. Bu barədə”Qərb Xəbər” 24News.ge portalına istinadən  Maarif təşkilatının və qəzetinin rəhbəri Ələddin Qarabağlı məlumat verib. ” O qeyd edib ki, Gürcüstan tarixində ilk dəfə baş tutacaq Müəllimlərin I Qurultayında Gürcüstanın təhsil və elm nazirliyinin, diplomatik korpus və səfirliklərin, “Müəllimlər Evi”nin, Gürcüstan parlamentinin, Gürcüstanın Xalq … Read more

Azərbaycan Ordusunun əsgəri odlu silahdan atəş açaraq özünü öldürüb

316e27b2 d4ff 31b3 9559 8b9771fdf90e

Azərbaycan Ordusunun əsgəri odlu silahdan atəş açaraq özünü öldürüb. Bu barədə “Qərb Xəbər”ə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Əzizov Fərid Əbülfəz oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olmuşdur. Daxil olmuş məlumat … Read more

Strasburqda AŞPA-nın yay sessiyası başlayıb

Df315b82 18dd 32ac a60d 9d9255f907b7

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yay sessiyası öz işinə başlayıb. “Qərb Xəbər” xəbər verir ki, sessiya çərçivəsində Rusiyanın Ukraynaya təcavüzü, miqrasiya, Böyük Britaniyanın insan hüquqları qanunvericiliyində islahatlarla bağlı məsələlərin müzakirəsi planlaşdırılır. Sessiya çərçivəsində Laçın yolunda mövcud vəziyyətlə bağlı müzakirələrin aparılacağı da gözlənilir. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir. Milli Məclisin deputatları – … Read more

Bu gündən tədrisi digər dillərdə aparılan bölmələrdə məktəb seçimi başlayır

Images 2023 06 20T085257.375

Bu gündən tədrisi digər dillərdə aparılan bölmələrdə məktəb seçimi başlayır. “Qərb Xəbər” xəbər verir ki, proses sentyabrın 14-nə qədər davam edəcək. Müsahibədən keçmək istənilən məktəbdə yer tapmaq anlamına gəlmir. Əsas prioritetlər sırasında başqa övladın həmin məktəbdə təhsil alması, yaxud valideynlərdən birinin orada işləməsi, eyni zamanda həmin ərazidə yaşamaq yer alıb. Bu üç prioritetlərdən biri varsa … Read more

Çempionlar Liqası: Bu gün “Qarabağ”ın rəqibi müəyyənləşəcək

Fb35832c 1813 38e3 beda 510a99f7e229

Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq. “Qərb Xəbər”in məlumatına görə, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ”ın da ilk rəqibi bəlli olacaq. Mərhələnin ən yüksək reytinqli ikinci komandası olan Ağdam … Read more

Aİ Ukraynaya 50 milyard avroluq maliyyə yardımı planlaşdırır

Indir 2023 06 20T084214.477

Avropa İttifaqı (Aİ) Ukraynaya təxminən 50 milyard avro məbləğində maliyyə yardımı paketi təqdim etməyi planlaşdırır. “Qərb Xəbər”in məlumatına görə, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən xəbər yayıb. Onlar bildiriblər ki, Avropa Komissiyasının təklifi Ukrayna hökumətinin cari xərclərini maliyyələşdirməyə və təcili yenidənqurma prioritetlərini ödəməyə kömək edəcək. Yeni yardım paketi çərşənbə axşamı elan ediləcək, agentlik yazır. Bununla … Read more

MN: Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması xəbəri yalandır

Mn

İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil. Bu barədə “Qərb Xəbər”ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. “Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən … Read more

Qoşunlar sərhəddə, barmaqlar tətikdə

Muharibe ermeni

Ermənistan ordusunun sərhədboyu ərazilərdə 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı məlumatlar yayılıb. İrəvanın Azərbaycanla sərhəddə qoşun yığdığı, hətta avropalı müşahidəçilərin bölgədən təcili təxliyə edildiyi iddia olunur. Lakin Ermənistan bu iddiaları təkzib edir, əksinə, Azərbaycanın müharibəyə hazırlaşması barədə ittihamlar səsləndirir. Bəs müharibə başlayır, yoxsa Ermənistan blef edir? Hazırkı vəziyyətdə İrəvan buna risk edərmi? “aərb … Read more

Ermənistan prezidenti: “Azərbaycana hücum etmək istəyimiz yoxdur”

1687170466 1 kcur

“Çətin dövrlərdən keçirik, amma bu, o demək deyil ki, biz üzülməliyik, şikayət etməliyik. Yox, sadəcə, nəticə çıxarmalıyıq. Müdafiə qabiliyyətimizi artırmaq, təhlükəsizliyimizi gücləndirmək üçün işlər görməliyik”. Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə deyib. “Gərginliklə bağlı vəziyyəti sabitləşdirə bildik. Baxmayaraq ki, Azərbaycanla sərhəddə yenə də gərginlik var. Ermənistanın Azərbaycana hücum etmək istəyi … Read more

Samvel Babayan Arayiki devirmək üçün hərəkat yaradır

4

Qarabağdakı separatçıların nümayəndəsi, qondarma “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Samvel Babayan bölgədə yeni hərəkat yaratmaq qərarı verib. “Qərb Xəbər” “İravunk”a istinadən xəbər verir ki, Babayan qondarma “dövlət naziri” postunu Arayik Harutyunyandan ala bilmədikdən sonra belə qərara gəlib. Lakin Babayanın bu dəfəki məqsədi “dövlət naziri” olmaq yox, Qarabağda “hakimiyyəti” dəyişdirməkdir. Nəşrin yazdığına görə, o, bölgədə yeni görüşlərə … Read more

Bu rayonda külək saniyədə 28 metrədək güclənib

Hava kulc999k2

Milli Hidrometeorologiya Xidmətinin iyunun 19-u saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Qaxda 35, Tovuzda 31 (aylıq normanın 55 faizi ), Cəfərxan (aylıq normanın 97 faizi), Şəkidə 25, Naftalanda 24, Sabirabadda  … Read more

Ermənistan bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Atəş

İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Sabah 28 min müəllim sertifikasiya imtahanı verəcək

Imtahan.jpg1

Sabah 28 min müəllim sertifikasiya imtahanı verəcək. Bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib. Onun sözlərinə görə, onlardan 8500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri isə ibtidai sinif müəllimləridir. Direktor bildirib ki, sabah gün ərzində, səhər və günorta olmaqla iki seans təşkil ediləcək. R.Əzizov söyləyib ki, yaşı 60-dan yuxarı olan 5700-dən çox … Read more