Moskvaya PUA hücumu olub
Ötən gecə Rusiyanın paytaxtı Moskva şəhərinə və eyniadlı vilayətə pilotsuz uçan aparatları (PUA) ilə hücum olub. “Qərb Xəbər” xəbər verir ki, 3 PUA vurulub. Hücum nəticəsində itki və dağıntı olmayıb. Vurulmuş texnikaların qalıqları ekspertizaya göndəriləcək. Rusiya mətbuatı hücumu Ukrayna ordusunun həyata keçirdiyi barədə məlumat yayıb.