Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Bu gün DİM I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir

Dim dovlet imtahan merkezi 110417 (1)

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. DİM-dən “Qərb Xəbər”ə bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Cəlilabad, Lənkəran və Xaçmazda təşkil olunur. İmtahan saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn … Read more

MİQ üzrə vakansiya seçimi başlanır

Images 2023 07 22T085444.648

Bu gün saat 11:00-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən “Report”a bildirilib ki, əvvəlcə vakant yer seçmək imkanı müsabiqədə minimum tələbi ödəyən şəhid ailələrinin üzvlərinə verilir. Namizədlər iyulun 25-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər. Vakansiya seçimi zamanı diqqətli olmaq tövsiyə edilir. Seçimi yekunlaşdırdıqdan … Read more

22 İyul Azərbaycanda Milli Mətbuat Günüdür

Images 2023 07 22T085022.938

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 148 il ötür. “Qərb Xəbər”in məlumatına görə, ölkədə ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən qoyulub. “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Ona görə də Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr … Read more

Azərbaycan və Rusiya XİN başçıları telefonla danışıb

Indir 2023 07 21T171238.579

İyulun 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Bakı və İrəvan arasında münasibətlərin normallaşmasının əsas yolları üzrə birgə işin intensivləşdirilməsi yollarını müzakirə ediblər. C.Bayramov və … Read more

İlham Əliyev: “Ötən ilin fevralında imzalanmış Bəyannamə Rusiya-Azərbaycan münasibətlərinin yeni mərhələsidir”

9383ffd3 3755 369a ab3f 684884ee3c5e

Keçən ilin fevralında imzalanmış Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsidir. Bu Bəyannamə müstəqilliyin müxtəlif dövrlərində müxtəlif şəkildə təşəkkür tapan münasibətlərin bir formasıdır. “Qərb Xəbər” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Əlaqələrin artıq yeni strateji mərhələyə qədəm qoyduğunu … Read more

Peşə məktəblərində direktor olmaq istəyən 271 nəfər imtahan verəcək

Imta

Peşə təhsil müəssisələrində direktor və direktor müavini kimi çalışmaq istəyən şəxslər üçün müsabiqənin 7-20 iyul tarixlərində baş tutan elektron müraciət mərhələsi başa çatıb. Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Qərb Xəbər”ə verilən xəbərə görə, respublika üzrə 19 direktor vakant vəzifəsi üzrə 311 müraciət, 27 direktor müavini vakant vəzifəsi üzrə isə 473 müraciət daxil olub. Direktor vakant vəzifəsi … Read more

Hava şəraiti dəyişəcək, yağış yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

4a7a22d6 1536 4f55 8fda 219f6f26a91e

Bakıda və Abşeron yarımadasında iyulun 22-si və 24-də şimal-qərb küləyinin 15-18 m/s, 24-də yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Qərb Xəbər”ə verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 21-24-də əsasən gündüz saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı … Read more

Şəmkirdə Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

E9d7396e 02e3 3b9e b2a3 1c987e02222e

Şəmkir Rayon İcra Hakimiyyətində 22 iyul – Milli Mətbuat Günü münasibətilə bölgədə fəaliyyət göstərən jurnalistlərlə görüş keçirilib. “Qərb Xəbər”in məlumatına görə, görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayon rəsmiləri və bölgədə fəaliyyət göstərən media nümayəndələri iştirak edib. R.Tağıyev bölgədə işləyən jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Görüşdə Azərbaycan mətbuatının yaranması … Read more

ABŞ Laçın yolu barədə açıqlama yaydı

Lacin post

ABŞ Azərbaycanın Laçın yolunun həm kommersiya, həm humanitar, həm də şəxsi avtomobillər üçün “blokada” vəziyyətində saxlamasından narahatdır. “Qərb Xəbər” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. O bildirib ki, guya humanitar hərəkatların “dayandırılması” vəziyyəti “pisləşdirir” və sülh prosesində etimadın yaradılması səylərini “sarsıdır”: “Vaşinqton regionda sülhün Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin … Read more

Əliyev Xocalıda mesaj verdi: “Torpağın sahibi gəldi”

Eliyev xocali

Prezident İlham Əliyevin Xocalının Çanaqçı və Sığnaq kəndlərinə səfəri işğaldan azad edilmiş bölgələrə ziyarətindən fərqli idi: hansısa obyektin açılışı olmadı, məlumat qısa xəbər və görüntülərdən ibarət idi; belə demək mümkünsə, dövlət başçısı Xocalıya baş çəkdi. Bu qısa görünən səfərin səbəblərini Qarabağda baş verən son proseslər fonunda axtaranda Əliyevin mesaj verdiyi aydın görünür: – Rusiya sülhməramlı … Read more

Ərdoğan: “Qara dəniz Taxıl Təşəbbüsünün davamını təmin edəcəyik”

ərdoğan erdoğan erdogan

“Qara dəniz Taxıl Təşəbbüsünün davamını təmin edəcəyik. Rusiya da taxıl dəhlizinin aktiv fəaliyyətinə tərəfdardır”. “Qərb Xəbər” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edən Körfəz turu, eləcə də Şimali Kipr Türk Cümhuriyyətinə etdiyi səfərlərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyin. “Nəticələri baxımından həyati əhəmiyyət … Read more

Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

Images 2023 07 21T141835.051

Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. “Qərb Xəbər” Unian-a istinadən xəbər verir ki, yeni yardım paketinə 10 Leopard 1A5 tankı, tanklar və zirehli maşınlar üçün 20 MG3 pulemyotu, 1035 ədəd 155 mm-lik artilleriya mərmiləri və tüstü sursatları, 12 qoşqu və körpü sistemi, 10 radar; 16 Zetros yük maşını və 100 min ilk yardım dəsti … Read more

Azərbaycan XİN İsveçdə Quranın yandırılmasını pisləyib

Xin

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçdə Quranın yandırılmasını qətiyyətlə pisləyib. “Qərb Xəbər” xəbər verir ki, bu barədə XİN-in tviter hesabında paylaşım edilib. “Azərbaycan XİN İsveç hakimiyyətini cinayətkarlara qarşı bütün lazımi tədbirləri görməyə və nifrət zəminində bu cür cinayətlərin təkrarlanmasının qarşısını almağa çağırır”, – paylaşımda deyilir.

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün təqvimi açıqlanıb

70b79774 676b 38f8 9b55 94abe34151e7

Azərbaycan Premyer Liqasında və kubokunda 2023/2024 mövsümünün təqvimi müəyyənləşib. “Qərb Xəbər”in məlumatına görə, avqustun 4-də start götürəcək mövsümə 2024-cü il iyunun 2-də baş tutacaq ölkə kubokunun final görüşü ilə yekun vurulacaq. I dövrə 1-ci tur 4-6 avqust “Turan Tovuz” – “Araz-Naxçıvan” “Qarabağ” (Ağdam) – “Zirə” (Bakı) “Kəpəz” (Gəncə) – “Neftçi” (Bakı) “Səbail” (Bakı) – “Sumqayıt” … Read more

Generalın yerinə Vətən Müharibəsi Qəhrəmanı təyin olundu

362681283 622646083266387 2297750624399545148 n

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov yüksək vəzifəyə təyin edilib. “Qərb Xəbər”in əldə etdiyi xəbərə görə, Babək Ələkbərov Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı olub. O, bu vəzifədə DSX rəisi general-polkovnik Elçin Quliyevin şəxsi heyətlə iş üzrə rəis müavini təyin edilmiş general-leytenant Rəsul Tağıyevi əvəzləyib. Qeyd edək ki, B.Ələkbərov Vətən müharibəsində şücaət göstərən hərbçilərdən … Read more

Qazax rayon Daş Salahlı və Çaylı bələdiyyələri cərimələndi

64ba1c96b5f6d64ba1c96b5f6e168991861464ba1c96b5f6a64ba1c96b5f6b

Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti tədbir keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qərb Xəbər”ə verilən məlumata görə, keçirilən nəzarət tədbiri zamanı rayonun Daş Salahlı və Çaylı kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi … Read more

Prezident Daşaltıda: yaşayış kompleksinin təməli qoyuldu

Daalsti 132111 900x441

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub. “Qərb Xəbər” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi. Bildirildi … Read more

Ağstafada 2 bələdiyyə sədri cərimələnib

64ba2a1c04c5564ba2a1c04c561689922076a651f30109d27d844c12087e3a8a8e62

Ağstafada ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan “Qərb Xəbər”ə verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. … Read more

Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb

8fede8f9 ecea 34cc 9187 e8364fa12612

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb. Bu barədə “Qərb Xəbər”ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, Mustafa Əhmədovun “VAZ” markalı avtomobil ilə … Read more

Xankəndidə “iclas” – Separatçıların hücum planı…

Indir 2023 07 21T111900.103

Qarabağdakı separatçı rejimin qondarma “parlamenti” bu gün “növbədənkənar” iclas keçirəcək. “Qərb Xəbər” Publika.az-a istinadən xəbər verir ki, qondarma “parlamentin” bugünkü iclasında Qarabağdakı hadisələrə “təsir edəcək” ciddi qərarların qəbul olunacağı gözlənilir. Detallar açıqlanmır, lakin müəyyən “dönüş”lərin olacağı deyilir. Qondarma “parlamentin” qondarma “xarici əlaqələr komitəsinin sədri”, daşnak Vahram Balayan iclasın keçiriləcəyini və ciddi hadisələrin olacağını təsdiqləyib, lakin … Read more