Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

Əliyev Xocalıda mesaj verdi: “Torpağın sahibi gəldi”

21 iyul / 15:17 2 dəq
Eliyev xocali
21 iyul / 15:17
Burada sizin reklamınız ola bilər

Prezident İlham Əliyevin Xocalının Çanaqçı və Sığnaq kəndlərinə səfəri işğaldan azad edilmiş bölgələrə ziyarətindən fərqli idi: hansısa obyektin açılışı olmadı, məlumat qısa xəbər və görüntülərdən ibarət idi; belə demək mümkünsə, dövlət başçısı Xocalıya baş çəkdi.

Bu qısa görünən səfərin səbəblərini Qarabağda baş verən son proseslər fonunda axtaranda Əliyevin mesaj verdiyi aydın görünür:

– Rusiya sülhməramlı kontingentinin əsas qərargahı Xocalı rayonundadır;

– Erməni əhalisinin reinteqrasiyasına qarşı ciddi “müqavimət” göstərən separatçılar Xocalıda sülhməramlıların qərargahı önündə aksiya keçirirlər;

– Bir qrup erməninin iştirakı ilə Bakının əhalinin təminatını həyata keçirmək təklifini bloklamaq məqsədilə Ağdam yolunda barrikadalar qurulub.

Separatçıların çıxardığı oyunların arxasında Rusiyanın dayandığı, sülhməramlıların bu prosesdə kurator rolunu oynadığı şübhəsizdir. Moskvanın sərgilədiyi mövqe də bunu deməyə əsas verir. Bu kontekstdə Əliyevin sülhməramlıların qərargahının olduğu Xocalıya səfərinin Rusiyaya torpağın gerçək sahibinin kim olduğunu nümayiş etdirmək baxımından mesaj xarakteri daşıdığını deyə bilərik. Bu, Ərdoğanın “sülhməramlılar 2025-ci ildə bölgədən çıxmalıdır” açıqlamasında Moskvanın reaksiyası fonunda da təsadüfi deyil. Əliyevin eyni mesajı erməni əhalisinin reinteqrasiyasının qarşısını alan separatçılara da ünvanlanıb.

Prezidentin səfər zamanı ərazini sadəcə gəzməsi və ətrafı seyr etməsi görüntülü mesaj idi.

Asif Nərimanlı

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı