“Turan Tovuz” “Adana Demirspor”a uduzub

Indir 2023 07 18T091204.221

Türkiyədə təlim-məşq toplanışında olanda “Turan Tovuz” klubu ilk yoxlama oyununu keçirib. “Qərb Xəbər”in məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu komanda “Adana Demirspor”la üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə bitib. Qeyd edək ki, “Turan Tovuz” iyulun 22-də “Eyupspor”la, iyulun 27-də isə Tanzaniyanın “Simba Sport” kollektivi ilə qarşılaşacaq.

Azərbaycan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolunu təklif edib

3767460b 7d83 3dbd b580 4253aad20b6a

Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur. “Qərb Xəbər” xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Yevdokimovla görüşü zamanı deyib. Vurğulanıb ki, Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması qanuna zidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıyır. Buna baxmayaraq, Ermənistan … Read more

İraq Kürdüstan Regionunun başçısı Azərbaycana səfərə gələcək

B6e7f296 e2fc 33d2 8bda 5ab8291b86dd

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycana səfərə gələcək. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Kürdüstan hökumətinin Ərbildəki mətbuat xidməti məlumat yayıb. Səfər zamanı Azərbaycanla ikitərəfli münasibətlər və əməkdaşlığın gələcək inkişaf yolları müzakirə olunacaq.

Şəmkirdə 60 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Indir 2023 07 18T090149.634

Şəmkirdə 60 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə “Qərb Xəbər”ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisi Fikrət Bağırovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən, Şəmkir rayon İrmaşlı kənd sakini İdris Alıyev saxlanılaraq istintaqa təhvil verilib.

ÇL: “Qarabağ”ın potensial rəqibi bu gün bəlli olacaq

Bdd8c537 27fb 3de9 962c 47652d21cd7c

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. “Qərb Xəbər”in məlumatına görə, ilk olaraq 8 qarşılaşma baş tutacaq. “Qarabağ”ın II raunddakı potensial rəqiblərindən olan Polşanın “Rakuv” klubu ilə Estoniya “Flora”sı ikincilərin meydanında üz-üzə gələcəklər. İlk matçda polşalılar minimalhesablı qələbə qazanıblar – 1:0. UEFA Çempionlar Liqası I təsnifat mərhələsi, cavab oyunları 18 … Read more

Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb

13e80bd4 4b42 370f 84f3 1d200dd90153

Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb. “Qərb Xəbər” xəbər verir ki, daha 73 nəfərdən ibarət 18 ailə doğma yurduna geri dönür. Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb. Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və … Read more

Mövqelərimiz atəşə tutulub

Mn

İyulun 17-si saat 21:25-dən iyulun 18-i saat 00:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Dəvəli rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə “Qərb Xəbər”ə Müdafiə nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Rusiya Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə dair zəmanətləri geri götürür

427967535 0 260 3073 1988 1920x0 80 0 0 5fdd96b9c7088d2b0cef6e2be9208a46

Rusiya Qara dənizin şimal-qərbində gəmiçiliyin təhlükəsizliyinə dair zəmanətləri geri götürür və humanitar dəhlizi bağlayır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir. Bəyanatda deyilir ki, iyulun 18-dən etibarən “Qara Dəniz Taxıl Təşəbbüsü” fəaliyyətini dayandırır, İstanbulda fəaliyyət göstərən birgə Koordinasiya Mərkəzi isə buraxılır: “Rusiya Qara dənizin şimal-qərb hövzəsində müvəqqəti təhlükəli ərazi rejimini bərpa edir”. Rusiya … Read more

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb

C8393b8a ef6e 3fd3 b946 28ff41d1f3ac

“Bu ilin 6 ayı ərzində ölkə üzrə 53 Hemodializ Mərkəzində 3 896 xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin olunur”. “Qərb xəbər” xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib. O qeyd edib ki, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya xəstəliyi, dağınıq skleroz xəstəliyi üzrə dövlət proqramlarının icrası ilə əlaqəli fəaliyyət … Read more

Ərdoğan: “Putinlə “Taxıl sazişi”nin uzadılmasını yenidən müzakirə edəcəyik”

00363d65 d949 359f b025 208002a5503d

“Rusiya Prezidenti Vladimir Putinlə “Taxıl sazişi”nin uzadılmasını yenidən müzakirə edəcəyik. Putinin “Taxıl sazişi”nin uzadılmasını istədiyini bilirəm”. “Qərb Xəbər” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfəri zamanı bildirib. “Taxıl sazişi ilə bağlı Ərdoğan “Səfərdən qayıdanda Putinlə danışacam” deyib. Onun sözlərinə görə, Rusiya və Türkiyə XİN rəhbərləri də bu məsələ ətrafında danışacaqlar. … Read more

Bakı və Tovuzda heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb

Aqta

Bakı və Tovuzda 5 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb. Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində və Tovuz rayonunda bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 5 … Read more

Peskov: “Putin Krım körpüsü ətrafında vəziyyətlə bağlı iclas keçirəcək”

F442ecc1 c9d7 31f7 ad0f 15025542ed58

Rusiya Prezidenti Vladimir Putin yerli vaxtla saat 19:00-da Krım körpüsü ətrafında vəziyyətlə bağlı iclas keçirəcək. “Qərb xəbər” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, hazırda V.Putinin tapşırığı ilə Rusiya Baş nazirinin müavini Marat Xusnullin regiona səfərə yollanıb. D.Peskov qeyd edib ki, Rusiya … Read more

Vladimir Putinin sözçüsü: “Taxıl sazişi”nin müddəti başa çatıb”

Taxıl

“Taxıl sazişi”nin müddəti başa çatıb və sənədin vaxtı uzadılmayıb”. “Qərb Xəbər” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib. O söyləyib ki, razılaşmanın Moskva ilə bağlı hissəsi yerinə yetirildikdən sonra Rusiya dərhal “Taxıl sazişi” ilə bağlı sövdələşməyə qayıdacaq. D.Peskov onu da deyib ki, Rusiyanın “Taxıl sazişi” ilə bağlı mövqeyi iyulun 17-də … Read more

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbuluna başlanılır

3e1d486a 9720 31b4 83d7 382db9aa1d61

İyulun 25-də saat 11:00-dan tələbələrin köçürülməsi üzrə sənəd qəbulu prosesinə başlanılır. Elm və Təhsil Nazirliyindən “Qərb Xəbər”ə verilən məlumata görə, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud ixtisasının dəyişdirilməsi, xarici ölkə ali təhsil müəssisələrindən ölkədaxili ali məktəblərə bərpası, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələrinin köçürülməsi üzrə elektron … Read more

DİN vakansiya elan edib

Indir 2023 07 17T150257.433

Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) operator vəzifələri üzrə müvafiq qurumlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Bu barədə “Qərb Xəbər”ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, müsabiqədə yaşı 25-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, əvvəllər özü və yaxın … Read more

Xaricdə təhsil alıb TƏBİB-in xəstəxanalarında çalışanların minimum maaşı 5 000 – 6 500 manatdır

Indir (12)

Xarici ölkələrdə (Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları, Türkiyə Cümhuriyyəti) müxtəlif ixtisaslar üzrə təhsil almış 72 həkim-mütəxəssis TƏBİB tabeli 15 tibb müəssisəsində əmək müqaviləsi əsasında daimi olaraq işə qəbul edilib. “Qərb Xəbər” xəbər verir ki, bunu TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib. O bildirib ki, işə qəbul … Read more

Qeyri-sabit yağıntılı hava şəraiti iyulun 18-i gündüzədək davam edəcək

44fab79d 4d95 34aa b483 6329415e9f45 850 (1)

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraiti iyulun 18-i gündüzədək davam edəcək. Milli Hidrometeorologiya Xidmətindən “Qərb Xəbər”ə bildirilib ki, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. İyulun 18-i gündüzdən hava şəraitinin sabitləşəcəyi, 19-20-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu tədricən yüksələcək.

Şahdağa qar, Bakı və rayonlara leysan xarakterli yağış yağıb

9fd7380d ab3a 3dbf b880 c28c1ee732b3

Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Xidmətdən “Qərb Xəbər”ə bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü keçib. İyulun 17-si gecə saatlarında Şahdağın 2 800 metr yüksəkliklərinə qar yağıb. Düşən yağıntının miqdarı: Oğuzda 34 mm (aylıq normanın 51%-i), Lənkəranda … Read more

Azərbaycandan Ukraynaya yardım

Az ukr

Azərbaycan Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə 7,6 milyon ABŞ dolları məbləğində vəsait ayırıb. “Qərb xəbər” bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının … Read more

İşğaldan azad edilmiş ərazilərdə 80-ə yaxın investisiya layihəsinə başlanıb

Memmed musayev

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 80-ə yaxın investisiya layihəsinin icrasına başlanılıb. “Qərb xəbər” bildirir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasında deyib. M. Musayev vurğulayıb ki, bunlar əsasən sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sektorlarını əhatə edir. O bildirib … Read more