Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Şəmkirdə DYP-yə yeni rəis təyin edilib

Indir 2023 08 01T083726.605

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib. “Qərb Xəbər”in məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Emin Əliyev Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin alıb. Qeyd edək ki əvvəlki DYP rəisi Ramin Fətullayev bir neçə gün bundan əvvəl … Read more

Moskvaya yenidən dron hücumu olub

64c858200243a64c858200243b169085136064c858200243664c8582002438

Moskvaya yenidən dron hücumu olub. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb. Pilotsuz uçuş aparatı (PUA) Moskva şəhəri binalar kompleksinin qüllələrindən birinə çırpılıb. Dron Moskva vilayətinə yaxınlaşarkən vurulub. “Moskva vilayətində hava hücumundan müdafiə qüvvələri dronu vurub”, – deyə idarənin nümayəndələri bildiriblər. Hadisə zamanı xəsarət alan olmayıb.

Korrupsiya qarşı Mübarizə Baş İdarəsi Tərtər RİH-də əməliyyat keçirib, saxlanılan var

64c88427c5c4f64c88427c5c50169086263164c88427c5c4d64c88427c5c4e

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər rayon İcra Hakimiyyətində əməliyyat keçirib. “Qərb Xəbər” xəbər verir ki, idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb. Baş Prokurorluğun mətbuat xidmətindən  bildirib ki, əlavə məlumat veriləcək.

İşğaldan azad olunmuş ərazilərdə daşınmaz əmlakla bağlı xidmətlər 50 % güzəştlə göstəriləcək

32233

Azərbaycanda daşınmaz əmlak obyektlərinə münasibətdə xidmət haqqı məbləğlərinə Abşeron rayonunda, Gəncə və Sumqayıt şəhərlərində 0,8 əmsalı, digər şəhər və rayonlarda 0,7 əmsalı, işğaldan azad olunmuş ərazilərdə isə 0,5 əmsalı tətbiq ediləcək. “Qərb xəbər” bildirir ki, bu barədə Tarif (Qiymət) Şurasının daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərarında bildirilir. Bundan başqa, … Read more

Ərdoğan və Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər

E249b5c4 4a9e 33e7 88f3 82d45ab412cb

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. “Qərb xəbər” bildirir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb. Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib. Daha sonra C.Bayramov və H.Fidan arasında təkbətək və geniş tərkibdə … Read more

Tarif Şurası 95 dərman vasitəsinin qiymətini təsdiq edib

64c7b1fca617064c7b1fca61711690808828b1e0f0afee1e0dc494f1581a0113a200

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. “Qərb Xəbər” Şuraya istinadən xəbər verir ki, iclasda yeni dövlət qeydiyyatına alınan 95 dərman vasitəsinin qiyməti təsdiq edilib. Etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 47 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) … Read more

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Dim

Magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bu barədə “Qərb Xəbər”ə Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Bunun üçün bakalavrlar göstərilən vaxtadək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin … Read more

Qazaxda “Humanitar Tədqiqatlar” İctimai Birliyi ictimai müzakirə təşkil edib

Photo 5350606310044978564 y (1)

    “Humanitar Tədqiqatlar” İctimai Birliyi Qazax rayonunda ictimai müzakirə təşkil edib.” Qərb xəbər” bildirir ki,“Regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili” layihəsi çərçivəsində Qazax Dövlət Sosial-İqtisadi Kollecində keçirilən tədbirə 29 nəfər Qazax rayon sakini qatılıb. Tədbirdə çıxış edən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova layihənin məqsədi ilə bağlı məlumat verib: “Layihə … Read more

  Gəncədə oğurluq şübhəli bilinən şəxslər saxlanılıb

Indir 2023 07 31T155935.900

Gəncə şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğruluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. “Qərb Xəbər”ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inispektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib. Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara … Read more

İşğaldan azad edilən ərazilər üzrə şəhər günləri təsis olundu

1605594251561604228 1000x669

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncam imzalayıb. President.az-ın xəbərinə görə, sərəncamda deyilir: “Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli … Read more

Xaricdə ali təhsil alanların peşə tanınması üzrə keçiriləcək imtahanın vaxtı dəyişdirilib

Indir 2023 07 31T144716.934

Xaricdə ali təhsil alanların peşə tanınması üzrə keçiriləcək imtahanın vaxtı dəyişib. “Qərb Xəbər”in məlumatına görə, bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşə tanınması üzrə imtahanda iştirak edəcək xarici ölkələrdə ali təhsil almış şəxslərə müraciət edib. Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi iyulun 29-da keçirməyi planlaşdırdığı müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil … Read more

Dövlət Sərhəd Xidmətinin əsgəri vəfat edib

75ad8cb5 e63d 3c4b ace6 507d65d836d7

İyul ayının 30-da saat 17:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Səid Ömər oğlu xidmət etdiyi sərhəd zastavasında sərhəd naryadı xidmətindən qayıdarkən səhhəti qəflətən pisləşib. Bu barədə “Qərb Xəbər”ə Dövlət Sərhəd Xidmətindən bildirilib. Qeyd olunub ki, dərhal yerindəcə ilkin tibbi yardım göstərilməsinə və yaxınlıqdakı yaşayış məntəqəsindən tibb işçilərinin … Read more

Gədəbəydə 87 yaşlı qadını yük avtomobili vurub

Indir 2023 07 31T125708.064

Gədəbəy rayonunun Saratovka kəndində piyadanı yük avtomobili vurub. “Qərb Xəbər”in məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 1936-cı il təvəllüdlü Qaraqız Məmməd qızı Cəfərovanı “KamAZ” markalı yük avtomobili vurub. Piyada ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla görüşəcək

F4e45ff8 eee2 3023 845e 513a39b96fe5

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək. “Qərb Xəbər” xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb. Görüş dövlət başçısının iqamətgahında keçiriləcək. Qeyd edək ki, C.Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə … Read more

Bağça müdiri vəzifəsinə sənəd qəbulu başlayıb

Images 2023 07 31T121312.121

Azərbaycanın məktəbəqədər təhsil müəssisələrinin (bağça) müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb. “Qərb Xəbər”in məlumatına görə, müsabiqədə iştirak etmək istəyən namizədlər avqustun 7-si saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az … Read more

Yaşı 60-dan yuxarı olan müəllimlərin sertifikasiya imtahanının tarixi açıqlanıb

03f3e471 d45a 37fe 8f84 14193f6f405e

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib. “Qərb Xəbər” xəbər verir ki, 29 avqust tarixində ötən il keçirilən sertifikatlaşdırma prosesində ibtidai sinif üzrə uğur qazanmayan təhsilverənlər, 31 avqust tarixində isə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan təhsilverənlər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən … Read more

Kolleclərə ixtisas seçimi başlayıb

Azmiu imtahan 030619

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb. Bu barədə”Qərb Xəbər”ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi iyulun 31-dən avqustun 7-si saat 23:59-dək internet vasitəsilə aparılacaq. İxtisas seçimi mərhələsində … Read more

Antoni Blinken Azərbaycan Prezidentinə zəng edib

Blinken

İyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. “Qərb xəbər” bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət müzakirə olunub. Ermənistan tərəfinin atdığı təxribatçı addımların sülh prosesinə maneçilik törətdiyini bildirən dövlətimizin başçısı vurğulayıb … Read more

DİM növbəti imtahanlar keçirib

Dim dovlet imtahan merkezi

30 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna qəbul imtahanları, həmçinin Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçirilib. DİM”dən  bildirilib ki, hərbi liseylərə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna qəbul imtahanlarında yazılı cavab … Read more