Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Erməni diversantın saxlanılma görüntüləri – VİDEO

FotoJet 2023 08 16T161720.695

Ermənistan Müdafiə Nazirliyi erməni diversantın Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılmasının görüntülərini yayıb. “Qərb Xəbər” Oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə bir neçə azərbaycanlı hərbçi diversanta yaxınlaşaraq onunla danışır, sonra avtomobilə mindirərək aparır. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 16-da saat 11:15-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun … Read more

Ermənistan kəşfiyyat-diversiya qrupunun pulemyotla saxlanılan üzvünün şəxsiyyəti müəyyən edilir – FOTO

64dcb6163df7a64dcb6163df7b169218613464dcb6163df7564dcb6163df78

Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində saxlanılan üzvünün ilkin araşdırmalara görə 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat … Read more

Damcılı mağara düşərgəsində beynəlxalq arxeoloji ekspedisiya tədqiqatlar aparacaq

9867d39e c0af 39b7 a5eb 15da6501b21d

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Damcılı mağara düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlar aparacaq. “Qərb Xəbər” xəbər verir ki, beynəlxalq ekspedisiya Damcılı mağara düşərgəsində növbəti tədqiqat işlərinə avqustun 15-dən start verib. Tədqiqat işləri sentyabrın 2-dək davam edəcək. Tədqiqat işlərinə Tokio Universitetinin professoru Yoşihiro Nişiaki və arxeoloq Yaqub Məmmədov rəhbərlik edir. Bu vaxtadək aparılan tədqiqatlar … Read more

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək

OW7GPZFZRFCD7IYJTFSW7FPYTE

Bu gün Yunanıstanda UEFA Superkubokunun qalibi müəyyənləşəcək. “Qərb Xəbər“in məlumatına görə, Pireydəki “Georgios Karaiskakis” stadionunda “Mançester Siti” və “Sevilya” kubok uğrunda mübarizə aparacaq. Çempionlar Liqasının qalibi ilə Avropa Liqasının qalibi arasında keçiriləcək duel Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandaları fransalı referi Fransua Leteksye idarə edəcək.  

XİN: Ermənistanın BMT TŞ-nin iclası ilə eyni gündə hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik

64dcafda852aa64dcafda852ab1692184538e8188392efce991945e7ceb236cba1f4

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumatda qeyd olunduğu kimi, 16 avqust tarixində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan ərazisinə sızmağa cəhd göstərsə də Ermənistanın bu növbəti təxribatının qarşısı alınıb və diversiya qrupunun bir üzvü saxlanılıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə XİN-in bəyanatında qeyd edilib.   Bildirilib ki, … Read more

Qazaxıstan Rusiya ilə sərhədini gücləndirir

Indir 2023 08 16T151324.201

Rusiya ilə sərhədini gücləndirən Qazaxıstan bu məqsədlə 20 yeni zastava tikmək qərarına gəlib. “Qərb Xəbər” xəbər verir ki, bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Xidmətinin Sərhəd Mühafizəsi Departamenti rəisinin birinci müavini Serik Axmetkaliyev bildirib. Onun sözlərinə görə, müvafiq milli layihə çərçivəsində 50 sərhəd zastava kompleksinin tikintisi nəzərdə tutulub və hazırda birbaşa Rusiya Federasiyası ilə sərhəddə şimal … Read more

Qarabağdakı yaylaqlara 3 700 qoyunçuluq və arıçılıq təsərrüfatı köçürülüb

314a0dbd 3a0a 3e18 b981 17bfcbfaec2c

Bu il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən yaylaqlara təxminən 3 700 qoyunçuluq və arıçılıq təsərrüfatı köçürülüb. Bu barədə “Qərb Xəbər”ə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata görə, təsərrüfatlar Laçın, Kəlbəcər, Qubadlı, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarında yerləşdirilib. Belə ki, 1 177 qoyunçuluq təsərrüfatı Laçın və Kəlbəcər yaylaqlarına qalxıb. O cümlədən Kəlbəcər yaylaqlarında 748, Laçın … Read more

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

64dca0568ead864dca0568ead9169218056664dca0568ead564dca0568ead7

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. “Qərb Xəbər” xəbər verir ki, Sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı … Read more

Ermənistan kəşfiyyat-diversiya qrupunun üzvü Kəlbəcərdə saxlanılıb, digərləri geri çəkilməyə məcbur edilib

64dc99f53541c64dc99f53541f1692178933370497f2d7c2952263641718f3f56894

Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni … Read more

Separatçılar bu gün ordumuza hücum edə bilər!

Erməni

“Qərb Xəbər” xəbər verir ki, Ermənistan iclasda “humanitar fəlakət” iddialarını gündəmə gətirməyə və Laçın sərhəd-keçid məntəqəsinin yüklər üçün açılması üçün Azərbaycana qarşı qərarın qəbul edilməsinə çalışacaq. Siyasi və hüquqi şərtlər Ermənistanın uğursuz olacağını öncədən proqnozlaşdırmağa imkan verir. Lakin Ermənistanın və Qarabağdakı separatçıların öz iddialarını daha da təsirli etmək, eləcə də “arqument”lər göstərmək üçün bu gün müəyyən … Read more

Ukrayna PUA-larla Krıma hücum edib

F634469d f582 3180 b662 c3bec68860dc

Ukrayna ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın işğalı altındakı Krım yarımadasına hücum edib. “Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri PUA-lardan 1-ni məhv edib. İtkilər barədə hələ ki, məlumat yoxdur. Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq … Read more

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir

Indir 2023 08 16T133815.514

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 19 və 20 avqust tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edir. “Qərb Xəbər” xəbər verir ki, saat 08:25-də qatar Bakıdan Ağstafa istiqamətinə, saat 17:10-da isə qatar Ağstafadan Bakı istiqamətinə yola düşəcək. “Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi … Read more

Ermənistanəsilli Rusiya vətəndaşları Qarabağı tərk edirlər – VİDEO

367583444 278216304837334 2481884128923984096 n

Ermənistanəsilli Rusiya vətəndaşları Qarabağı tərk edirlər. Sosial şəbəkələrdə yayılan videokadrlarda bununla bağlı görüntülər əks olunub. Müşahidələrə görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında regiondan miqrasiya əhvali-ruhiyyəsi hökm sürür. Belə ki, çoxları azərbaycanlıların öz doğma yurdlarına qayıtmasının qaçılmaz olduğunu başa düşürlər, inteqrasiya etmək istəməyənlər isə Qarabağı tərk edəcəklər.  

Prezidentin köməkçisi: Azərbaycan Qarabağdakı ermənilərin reinteqrasiyası üçün divarlar deyil, yollar çəkir

64dc831e6e31664dc831e6e317169217308664dc831e6e31464dc831e6e315

“Diplomatik korpusla birgə Ağdam-Xankəndi magistralının və dəmir yolunun girişindəyik. Təkcə magistralın gündəlik tutumu 17.000 avtomobildir”. “Qərb Xəbər” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter paylaşımında bildirib. Hacıyev qeyd edib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri çərçivəsində Ağdam-Xankəndi avtomagistralının … Read more

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Imta

İxtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2023‑cü il avqustun 16-dan 28-dək in­ter­­net vasitəsilə aparılır. Bu barədə “Qərb Xəbər”ə DİM-dən məlumat verilib. İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını internet ünvanında yerləşən “Abituriyentin elektron … Read more

Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan hərbçisinin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur

64dc63162c43464dc63162c435169216488664dc63162c43264dc63162c433

Yolu azaraq Ermənistan ərazisinə keçən və saxlanılaraq qondarma qətl ittihamı ilə 20 il müddətinə həbs olunan Azərbaycan hərbçisinin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur. “Qərb Xəbər” “Pastinfo” saytına istinadən xəbər verir ki, Azərbaycan hərbçisi Hüseyn Axundovun öldürdüyü iddia edilən şəxsin yaxınları ona verilən 20 illik həbs cəzasının yüngül olduğunu düşünürlər. Onlar məhkəmə qərarından şikayət verərək, … Read more

Xarici jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar

79713270 c5fa 3b53 a828 3669621440ba

Azərbaycanda səfərdə olan xarici jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar. Bu barədə “Qərb Xəbər”“Report”un Laçına ezam olunmuş əməkdaşına istinadən xəbər verir. Xarici KİV nümayəndələrinə sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti barədə geniş məlumat verilib. Qeyd edilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin sərbəst keçidinə şərait yaradılır. Bütün bunlar Ermənistanın … Read more

Ermənistan Sədərək üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd edib, təxribatın qarşısı alınıb

Mn1

Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.

Rezidenturaya qəbulun II mərhələsinin nəticələri açıqlanıb

Dim

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub. “Qərb Xəbər” xəbər verir ki, imtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirakı gözlənilən 934 namizəddən … Read more